Özünün şəkillərə eksperimantal yanaşması ilə məşhur olan fotoqraf Tomek Makolski yalnız bir avtomobilin - Frozen Berry Metallic rəngli elektrik Porsche Taycan sedanının mövcud olduğu dünyanı təsəvvür etmək qərarına gəlib. Hoakin Feniksin çəkildiyi “Her” (“O”) elmi-fantastik filmindən ilhamlanış fotoqraf çəhrayı rəngli elektrokarda Avropa üzrə səyahətə çıxıb və avtomobilin müxtəlif gözəl yerlərdə şəklini çəkib.

Unikal fotosessiya üçün Tomek Avropanın ən maraqlı və qeyri-adi yerlərinə baş çəkib. Səyahət zamanı fotoqraf Almaniyanı, Avstriya Alplarını, Monako, habelə Fransanı ziyarət edib. Porsche Taycan modelinin sükanı arxasında o təxminən üç min kilometrə qədər məsafə qət edib və elektrokarı qeyri-adi şəhər və təbiət landşaftlarında çəkib. Müəllifin sözlərinə görə, çəkilişlərin gedişində o, hər bir nöqtədə saxladığı yeganə Taycan modelindən istifadə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fotoqraf, baş rolu Xoakin Feniksin oynadığı “O” elmi-fantastik filminə baxdıqdan sonra səyahətə yollanmaq qərarına gəlib. Filmin vizual cərgəsi və atmosferi Tomeki o qədər heyrətə gətirib ki, fotoqraf şəhərin bəzi nöqtələrində fantastik atmosfer yaratmaq qərarına gəlib. Onun sözlərinə görə, Frozen Berry Metallic rəngli Taycan yadplanetli kimi görünür.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.