“Yandex.Avto” multimedia kompleksi artıq sürücüləri tanıyaraq avtomobilin müxtəlif funksiyalarını onların tələblərinə uyğun olaraq tənzimləyə bilər. Yeni funksiya “Yandeks.Drayv” karşərinq xidmətinin avtomobillərində işləməyə başlayıb.

Motor.ru saytının məlumatına görə, artıq sürücüyə istifadəçi adını və şifrəni daxil etmək gərək olmayacaqdır – sistem onu avtomatik tanıyaraq, dərhal avtorizasiyanı həyata keçirəcəkdir. Məsələn, tətbiq əvvəlki gedişləri sinxronlaşdırdığı üçün, ünvanın yenidən naviqatora daxil edilməsinə ehtiyac qalmayacaqdır .  

Bundan başqa, kompleks fərdiləşdirilmiş radionu işə salaraq, “Yandeks.Musiqilər” tətbiqindən olan sevimli mahnıların siyahısını yaradacaqdır. Gələcəkdə oturacaqların və havalandırma sisteminin də tənzimləmələrini kompleksə də köçürmək imkanı olacaqdır.

Hazırda bir sıra avtomobil istehsalçıları “Yandeks.Avto” sistemini öz modellərində quraşdırırlar. Məsələn, bu kompleksi Renault, Nissan, Chery və Toyota modellərində sifariş etmək olar. Bundan başqa, şirkət Ford, və Jaguar Land Rover qrupu ilə də razılaşma imzalayıbdır.