Yaponiyanın Liberty Walktüninq atelyesi Mercedes-AMG G-Class ofrouderinin üslubunda görünüşə malik olan yeni nəsil Suzuki Jimny modelini təqdim edib. Kiçik ofrouderə ən brutal görünüşü vermək üçün, yapon tüner Jimny modelini tamamilə qara rəngə boyayıblar - ehtiyat təkərinin üzlüyü və G63 modelində olduğu kimi, buraxılış sisteminin kandarların altında quraşdırılmış yuvarlaq çıxış boruları istisna təşkil edir.

Suzuki Jimny modelinin kuzovu parlaq qara boya ilə örtülmüş, ön hissəsi isə nəzərəçarpacaq şəkildə dəyişdirilmişdir: ofrouder fərqli işıq texnikasına, şaquli çubuqları və atelyenin emblemi olan qara rəngli radiator barmaqlığına, həmçinin LED gündüz hərəkət işıqları olan ön bamperə sahib olub. Kapotda iri hava girişi peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, üçqapılı Jimny yeni qara təkər disklərini, yan şüşələrin üzərindəki günəşlikləri və damda quraşdırılan böyük spoyleri əldə edib. Salonda da dəyişikliklər olub: tünerlər bütün oturacaqların üzlüklərini ağ tikişi və Liberty Walk loqotipləri olan əsl qara dəri ilə əvəzləyiblər.

Suzuki Jimny modelini ilk dəfə deyil ki, G-Class modelinə bənzədirlər. Əvvəllər bənzər tüninq layihələrini Fast Car Service Center, DAMD, Wald International və adı çəkilən Liberty Walk tərəfindən ictimayyətə təqdim olunub. (c)Autograph.az