BMW şirkəti yeni M3 və M4 modellərinin növbəti tizerlərini dərc edib. Şəkillərdə tüstü bürümüş mexaniki transmissiyanın dəstəyi, xüsusi formalı ön oturacaqlar və radiator barmaqlığının xarakterik “burunları” nümayiş etdirilir. "Bərkgedən" sedan və kupe 23 sentyabr tarixində debüt edəcəkdirlər.

Yeni BMW M3 sedanının ilk kamuflyajsız casus görüntüsü, demək olar ki, bir il əvvəl peyda olub. Bununla belə, 11 ay ərzində M-modelinin yüksək keyfiyyətli qeyri-rəsmi təsviri dərc edilməyib. Bu günə qədər dərc edilmiş tizerlərdə isə, eksteryer və interyerin detallarını göstərilir.

M-modellərinin təchiz edildiyi buraxılış sisteminin xrom çıxış boruları cütlüyünün ölçüləri böyüdülsə də, onların konfiqurasiysı dəyişilməz qalır. Oturacaqların forması da dəyişib – güclü dəstəyə malik olan ön oturacaqların boyun səviyyəsində kəsiklər peyda olub.

Karbon-saxsı əyləc mexanizmlərinin qızılı rəngli supportları yeni nəsildə də quraşdırılacaqdırlar. M-modelləri üçün təklif olunan boya palitrasına Isle of Man Green malaxit metallik rəngi əlavə edilib.

Gözlənildiyi kimi, BMW M3 və M4 modelləri bir neçə modifikasiyada debüt edəcəkdirlər  - "baza" sportkarları 6-pilləli mexaniki transmissiya və arxa ötürmə ilə təchiz ediləcəkdirlər. Opsional olaraq, habelə Competition modifikasiyası üçün 8-pilləli "avtomat" və tam ötürmə sistemi təklif ediləcəkdir.

Yeni M3 və M4 modellərinin BMW X3 M və X4 M krossoverlərindən tanış olan 3.0-litrlik altısilindrli turbomühərrik ilə təchiz ediləcəyi artıq təsdiqini tapıb. Standart versiyalarda mühərrik 480 at qüvvəsi və 600 Nm fırlanma anı,  Competition versiyasında isə, 510 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW şirkəti artıq yeni M3 və M4 ailəsinə ənənəvi sedan, kupe və kabriolet ilə yanaşı, universalı da daxil edəcəyini bildirib. Bununla birlikdə, M3 Touring modelinin debütünü yaxın zamanlarda gözləmək lazım deyil – model üzərində çalışmalara yenicə başlanıb.