“Bərkgedən” BMW X3 M krossoveri S58 indeksli təkmilləşdirilmiş sıralı altı silindrli mühərriklə təchiz ediləcəkdir. Bu aqreqatın əsasını BMW M3 və M4 modellərinin təchiz edildiyi S55 mühərriki təşkil edəcəkdir. Bu barədə xəbəri BMWBlog saytı yayıb.

BMW M4 kupesinin kapotunun altında yerləşdirilən S55 mühərriki modifikasiyasından asılı olaraq 431 – 500 at qüvvəsi və 550 – 600 Nm fırlanma anı hasil edir. Bu aqreqatın təkmilləşdirilmiş modifikasiyası isə 482 at qüvvəsinə malik olacaqdır. X3 M krossoveri ilə yanaşı bu mühərriki X4 M modeli, həmçinin M3 və M4 modellərinin növbəti nəsilləri əldə edəcəkdirlər.

Hazırda X3 modelinin ən güclü modifikasiyası M40i modelidir. X3 M40i 360 at qüvvəsi hasil edən 3,0-litrlik altı silindrli mühərrik ilə hərəkətə gəlir. Bundan başqa, krossover 249 at qüvvəli altı silindrli dizel mühərriki ilə də təchiz edilir. Krossoverin mühərrik çeşidinə daxil olan digər mühərriklər dörd silindrə malikdirlər.  Bu mühərriklərin güc diapazonu 184 – 249 at qüvvəsidir.