Yeni nəsil Chevrolet Corvette modeli dartmaya nəzarət sisteminin «uçan» rejiminə malik olub. Bu rejim bütün təkərlərin yerdən üzülməsi halında işə düşür.

Detroit Free Press nəşrinin verdiyi məlumatına görə, səkkizinci nəsil Corvette modelində sabitləşdirmə sistemi nəinki superkarın təkərlərinin nə zaman yer səthi ilə ilişməni itirdiyini, həmçinin avtomobilin bütün təkərlərinin yerdən üzülərək havada uçduğunu da müəyyənləşdirə bilər. Belə vəziyyətdə, sistem fırlanma anının təkərlər arasında paylanmasını müvafiq şəkildə tənzimləyir. İş ondadır ki, dartmaya nəzarət sistemi, bir qayda olaraq, yer səthi ilə ilişmə çatışmamazlığı yaşayan təkərləri əyləcləyir. Məsələn, qar, buz və ya yağış zamanı.

Lakin, hər bir saniyənin vacib olduğu trekdə lazım olan şey bu deyil. Chevrolet Corvette modelindəki «uçan» rejim məhz belə hallar üçün lazımdır. Adaptive Magnetic Ride Control amortizatorlarının mövcudluğu sayəsində dartmaya nəzrət sistemi təkərlərin yerdən üzüldüyünü anlayır və əyləcləri tətbiq etmək əvəzinə, təkərlərin eyni sürətlə fırlatmasını təmin edir. Bu rejimin tez-tez tələb edilməsi ehtimalı azdır, ancaq Corvette modelini trek günləri üçün istifadə edənlər «uçan» rejimi mütləq qiymətləndirəcəklər.