ABŞ sakini Bronco6G tematik forumunda yeni Ford Bronco modelində qarşılaşdığı problem barədə məlumat verib. Avtomobil sahibi ofrouderi təxminən dörd həftə bundan öncə alıb, lakin artıq onun yumşaq açılan damında aşınma olduğunu aşkar edib. Üstəlik, eyni aşınma digər yerlərdə peyda olmağa başlayıb. Qeyd etmək gərəkdir ki, digər Bronco sahibləri də belə problemlə üzləşiblər.

Avtomobilin alınmasından bir ay belə keçməsinə baxmayaraq, onun sahibi defekti ilk dəfə yumşaq damın sürücü tərəfindəki hissəsində aşkar edib. Sonradan belə defektlər sərnişin tərəfində də peyda olub.

Image alt Image alt

Avtomobil sahibi aşınmanın səbəbinin qatlanma mexanizminin yanlış tənizmlənməsində görür. Dam qatlanan zaman, onun yumşaq hissəsi plastik parçaya sürtülür. Avtomobil sahibi bu problemlə əlaqədar yerli dilerə müraciət etməyə hazırlaşır. Onun fikrincə yerli təmsilçi bu qüsuru zavod qüsuru kimi tanıyır.

İyul ayının sonunda, yeni Ford Bronco modelinin ilk sahibləri damın xarici səthində yaxşı görünən naxışlarla örtüldüyünü və daxili örtüyün səliqəsiz şəkildə hazırlandığını bildiriblər.Məsələn, örtük lazım olduğundan daha çox kəsilib, qeyri-bərabər kənarlara malikdir və bərkidici elementlərin ətrafında deformasiya olunurlar.

Daha bir problem səslə əlaqədardır. Yeni ofrouderin alıcıları 48 km/saat  həddi üzərindəki sürətlərdə kənar səslə qarşılaşıblar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.