Honda şirkətinin marketoloqları Civic modelinin Amerikadakı gəncləri arasında ən populyar avtomobil olduğundan çox qürrənəlirlər. Honda Civic modeli 1995-2010-cu illər arasında dünyaya gəlmiş və "Z Nəsli" adlandırılan gənclərin ən çox seçiyi avtomobillərdəndir. Bu səbəbdən də şirkət, yeni modelin təqdimatını kiberidman turnirlərini yayımlanması üçün yaradılmış Twitch onlayn platformasında həyata keçiriblər. Daha təəccüblü olan isə, nəsil dəyişməsi zamanı modeldə baş verən metamorfozlardır.

Qeyd etmək gərəkdir ki, Civic daha yetişkən və sanballı olub. Kosmik dizayn və cəsarətli formalarla bağlı təcrübələrə son verilib.  Dizaynerlər yeni sedana daha klassik nisbətlər veriblər: üfüqi işıqlandırma avtomobili vizual olaraq daha da genişləndirir , hamar kapot və düz pəncərə xətti avtomobilə sanbalılıq verir. Təktutumlu siluet hazırlamaq cəhdlərindən də imtina edilib: mühərrik bölməsi və baqaj daha aydın görünür. Yan güzgülər artıq dayaqlar üzərində quraşdırılır.

İnteryer hələlik yalnız eskiz şəklində göstərilir, lakin burada da dizaynerlər klassik fəndləri rəhbər tutublar. Hər şey minimalizm üslubundadır. Bununla birlikdə, Civic ilk dəfə tamamilə virtual cihazlar paneli və 9-düymlük ekrana sahib olan mediasistemini ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hələlik yeni Honda Civic modeli prototip statusunda çıxış edir, buna görə də onun texniki hissəsi barədə məlumat verilmir. Yeganə məlum olan modelin əvvəlki platformanın təkmilləşdirilmiş versiyasında inşa ediləcəyidir: məsələn, avtomobilin təkər izi daha geniş olacaqdır. Üstəlik, yeni təhlükəsizlik sistemləri quraşdırılacaqdır.

On birinci nəsil Honda Civic sedanı Amerika bazarında 2021-ci ilin yazında satışa çıxacaqdır. Onun ardınca beşqapılı hetçbek, “qaynar” Civic Si modeli (sedan üçün) və hibrid güc qurğusu ilə təchiz ediləcək “bərkgedən” Civic Type R  hetçbeki işıq üzü görəcəkdir. Kupe kuzovlu versiya artıq olmayacaqdır - Honda ikiqapılı versiyadan imtina edib. Yeri gəlmişkən, ilk dəfə şirkət ABŞ-da yalnız sedanların deyil, həm də hetçbecklərin də istehsalına başlayacaqdır (indi hetçbeklər Böyük Britaniyada istehsal olunurlar).