Yeni nəsil Toyota Land Cruiser modeli yenidən casusların qurbanı olub. Bu dəfə onlar yeni ofrouderi bağlı məkanda hərəkət etdiyi zaman çəkməyə müvəffəq olublar. Bu, qeyri-rəsmi olaraq 300 indeksini almış ofrouderin hərəkət zamanı çəkilmiş ilk videogörüntüsüdür.

İlkin olaraq, yeni Land Cruiser modelinin lonjeron ramasını itirəcəyi və aparıcı kuzova malik olacağı bildirilirsə də, sonradan ofrouderin ramanı, bütöv arxa körpünü, azaldıcı cərgəsi olan tam ötürmə sistemini və opsional oxlararası differensialları qoruyacağı məlum olub.

Bundan əvvəl avtomobilin ölçüləri barədə bəzi detallar ortaya çıxıb: onun uzunluğu 20 millimetr artaraq 4970 millimetrə, eni isə beş millimetrə qədər artaraq 1985 millimetrə çatıb. Eyni zamanda avtomobilin hündürlüyü 10 millimetr azalaraq 1870 millimetrə bərabər olub. Land Cruiser 300 modelinin oxları arasındakı məsafədə 2900 millimetr olacaqdır ki, bu da mövcud modeldə olduğundan 50 millimetr çoxdur.

Dəyişikliklər ofrouderin mühərrik çeşidinə də təsir göstərəcəkdir: köhnəlmiş 4.6 litrlik V8 mühərriki 415 at qüvvəli 3,5-litrlurik altısilindrli turbomühərrik əvəzləyəcəkdir. Alternativ olaraq, 309 at qüvvəsi hasil edən 3,3-litrlik dizel mühərriki də təklif ediləcəkdir.

Bundan əlavə, Land Cruiser 300 modelinin 3,5-litrlik benzin aqreqatının əsasında yaradılmış 480 at qüvvəli hibrid güc qurğusunu alacağı barədə şayiələr də dolaşır. Eyni zamanda, Land Cruiser modelinin GR-S indeksli "qaynar" versiyasının buraxılacağı da bildirilib.

“Qaynar” ofrouder differensialların kilidinə, asqının kinetik sabitləşdirmə sisteminə və ofroud şinləri olan 18 düymlük təkər disklərinə sahib olacaqdır.