Bu günlərdə Land Rover Defender modeli kamuflyajsız olaraq yaxalanıb. Fotoşəkil Britaniya xüsusi xidmətinin xəfiyyəsi olan 007 barədə 25-ci filmin - No Time to Die ("Ölməyə vaxt yoxdur") filminin çəkiliş meydançasında çəkilib. İnstagram sosial şəbəkəsində dərc edilmiş şəkilin geolokasiyasında avtomobilin İtaliyadan Britaniyaya aparıldığını göstərir. Şahidlərin bildirdiyinə görə, bucurqadla təchiz edilmiş ofrouder filmin baş qəhrəmanlarından biridir.