Əgər sizə göydələn hündürlüyündə olan və tank kimi hər yerdən keçə bilən ofrouder lazımdırsa, onda yeni nəsil ekstremal Mercedes-Benz G-Class 4x4² modelinin debütünə hazırlaşın. Ekstremal ofrouderin bu ilin sonuna qədər debüt edəcəyi gözlənilir, hələlik isə onun sınaq prototipinin cəsus videogörüntülərini təqdim edirik.

Göründüyü kimi, ekstremal ofrouder dizayn cəhətdən adi G-Class modeldən elə də fərqlənmir və əsas yeniliklər onun kuzovunun altıda gizlidirlər. Ofrouder portal körpülərə və hər birində iki amortizator olan güclü asqılara sahib olacaqdır. Bundan başqa, ofrouder genişləndirilmiş təkər tağlarını, ofroud şinləri olan iri ölçülü diskləri, nərdivan, damda quraşdırılmış iri baqaj bölməsini və xüsusi LED çilçırağı da alacaqdır.

Ekstremal ofrouderin yen nəslinin klirensinin ölçüsü hələlik məlum deyil, lakin 2015 - 2017-ci illər arasında buraxılmış Mercedes-Benz G 500 4x4² modelində bu göstərici 430 millimetrə bərabər idi. Müqayisə üçün adi G-Class modelinin klirensi 250 millimetrdir.

Böyük ehtimalla, ofrouderin kapotunun altında 4,0-litrlik V8 mühərriki yerləşəcəkdir. Əvvəlki modeldə bu mühərrik, hazırki G 500 modelində olduğu kimi 422 at qüvvəsi hasil edirdi. Yeni ofrouderin AMG bölməsinin məhsulu olan 585 at qüvvəli mühərrik ilə təchiz olunacağı dəa istisna edilmir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.