Mercedes-Benz markasının Azərbaycanda rəsmi tərəfdaşı AutoStar Kaukasus şirkəti 06.02.2017-ci il tarixində Kazım Kazımzadə küç. 30 ünvanında yeni Aksesuar və Ehtiyyat Hissələri Sərgi və Satış Mərkəzinin açılışını həyata keçirdi.

AutoStar Kaukasus şirkətinin direktoru Kamil Məmmədov giriş nitqini söyləyərək, qonaqları salamladı, mərkəz haqqında ətraflı  məlumat verdi və onun müştərilərin istifadəsinə açıq elan etdi. Mərkəzdə ehtiyyat hissələrindən əlavə Mercedes-Benz markasının füsünkər zövqlə dizayn edilmiş hər yaş qrupu üçün qeyimlər, eynəklər, saatlar, açarlıqlar, velosipedlər o cümlədən  müxtəlif oyuncaqlar və digər növ aksesuarlar təqdim olunur. Mərkəzin açılmasında məqsəd Mercedes-Benz sevərlərin və Mercedez-Benz sahiblərinin orijinal və zəmanətli ehtiyyat hissələrinin və aksessuarlarının rahat əldə edilməsini təmin etməkdir. Tədbirdə Mercedes-Benz sevərlər və media nümayəndələri iştrak etmişlər.

AutoStar Kaukasus GmbH Azerbaijan şirkəti 2001-ci ildən Daimler AG-nin Azərbaycanda rəsmi tərəfdaşıdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt