BMW şirkəti rəsmi olaraq yeni nəsil "qaynar" M5 sedanını təqdim edib. Bərkgedən sedan 4,4-litrlik M TwinPower Turbo V8 mühərriki və Drivelogic texnologiyalı yeni səkkiz pilləli M Steptronic atomatik ötürmələr qutusu ilə təchiz edilir. Səkkiz silindrli aqreqat 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir.

"Qayanar" sedan yerindən 100 km/saat həddinə 3,4 saniyəyə, 200 km/saat həddinə isə 11,1 saniyəyə sürətlənir. Sedanın maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Opsional M Driver’s Package dəstini sifariş etməklə bu həddi 305 km/saata qədər şəkmək mümkündür. Alman istehsalçısı avtomobilin 100 kilometrə qarışıq rejimdə 10,5 litr yanacaq işlətdiyini bildirib.

Yeni nəsil BMW M5 modeli M GmbH bölümü tərəfindən hazırlamış M xDrive tam çəkiş sistemi ilə təchiz edilir. Tam çəkiş sistemi çoxdiskli mərkəzi muftaya malikdir ki, bu da mühərrikin fırlanma anını oxlar arasında optimal bölməyə imkan verir.

Bundan əlavə, arxa oxda 0-dan 100 faizə kimi qapanma imkanı olan aktiv M-differensialı quraşdırılmışdır.

Avtomobilin sahibi M xDrive sisteminin xarakterini tənzimləmək imkanına malikdir.

DSC (DSC on, MDM və DSC off) və M xDrive (4WD, 4WD Sport və 2WD) rejimlərinin kombinasiyasından seçərək, beş müxtəlif konfiqurasiyadan istifadə edə bilər. Üstəlik, sürücü mühərrikin üç iş rejimindən - Efficient, Sport və Sport Plus, - istifadə etmək şansına malikdir. Bundan başqa, M xDrive sisteminin 2WD rejimi avtomobili tamamilə arxadan çəkişli edir. Yeni M5 modelinin asqı sistemi gündəlik istifadə zamanı maksimal rahatlığı və trekdə ən yüksək dinamik xarakteristikaları təmin etmək üçün yaradılmışdır.

Avtomobilin mühərriki, transmissiyası və M xDrive tam çəkiş sistemi kimi asqısı da Nüburqrinqin "Şimal ilgəyi" də daxil olmaqla bir sıra treklərdə mütəxəssislər və pilotlar tərəfindən tənzimlənmişdir.  

Avtomobilin sürücüsü dəyişən dempfer (VDC) sisteminin idarə edilməsi üçün nəzərdə tutulmuş Comfort, Sport və Sport Plus rejimlərindən də istifadə edə bilər. Bundan başqa, sükan çarxında olan M1 və M2 düymələrindən iki tənzimləməni yadda saxlamaq üçün istifadə etmək olar. Yeni M5 modelinin təchizatına M əyləc sistemi daxil edilmişdir ki, bu sistem adi sistemdən yüngül olmaqla yanaşı, həmçinin daha effektlidirlər. Əyləc sistemi öndə altı porşenli, arxada isə bir porşenli supportlara malik olan havalandırmalı disklərlə təchiz edilibdir.

Sadə əyləc mexanimlərini göy rəngə boyanmış supportlar sayəsinə tanımaq mümkündür.

 Opsional olaraq saxsı-karbon əyləc mexanizmlərini də sifariş etmək mümkündür. Bu mexanizm 23 kolqram çəkiyə qənaət etməyə imkan verir və qızılı rəngli supportlara malikdir. M5 modeli standart olaraq 275/40 və 285/40 təkərləri quraşdırılmış 19-düymlük təkər diskləri ilə təchiz edilir. Opsional olaraq 20-düymlük təkər disklərini də sifariş etmək olar. 

Yeni BMW M5 modelinə sentyabr ayından başlayaraq sifarişlər qəbul ediləcəkdir. Almaniyada qaynar sedan 117900 avrodan başlayan qiymətlərlə satılacaqdır. İlkin olaraq 400 nüsxədən ibarət olan BMW M5 First Edition modeli təklif ediləcəkdir ki, bu model 19500 avro qiyməti olan Individual Frozen Dark Red Metallic rənginə boyana bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt