Bu gün İnternet şəbəkəsində yeni nəsil Opel Corsa hetçbekinin rəsmi şəkilləri peyda olub. Şəbəkəyə sızdırılmış şəkillər “Autocar” dərgisi dərc edib. Hetçbekin beşinci nəsli Peugeot 208 modeli ilə eyni platformanı bölüşür. Yeni model ilk dəfə olaraq tam elektrik güc qurğusu ilə təchiz edilmiş eCorsa versiyasında buraxılacaqdır.

Yeni Opel Corsa əvvəlki qabarit uzunluğunu qoruyub-saxlayacaqdır. 4,06 metrlik beşqapılı hetçbekin ən yüngül modifikasiyasının 980 kiloqram çəkiyə malik olduğu bildirilir. Bu nəticəni əldə etməyə əvvəlkindən 40 kiloqram yüngül olan yeni kuzov yardım edib. Bundan başqa, alüminimdan hazırlanmış kapot 2,4, ön oturacaqlar - 5,5, arxa oturacaqlar - 4,5, tamamilə alüminiumdan hazırlanmış mühərrik isə 15 kiloqram atmağa imkan verib. Bundan başqa, yeni izolyasiya materialları da çəkiyə qənaət etməkdə yardımçı olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəl də bildirildiyi kimi, yeni Corsa PSA Peugeot Citroen tərəfindən yaradılmış Common Modular Platform (CMP) modul platformasına keçəcəkdir. Opel Corsa hetçbekinin yeni nəsli Astra və Insignia modellərinin təchiz edildyi matrisa tipli IntelliLux işıqdiodlarından fənərlərə sahib olacaqdır.

İlkin məlumata görə, birinci olaraq satışa Opel eCorsa elektrokarı çıxarılacaqdır. Elektrokar batareyanı doldurmadan 340 kilometr qət etməlidir. Bundan sonra, hetçbekin PSA Peugeot Citroen alyansın arsenalında olan benzin və dizel mühərrikləri ilə təchiz edilmiş versiyaları işıq üzü görəcəkdir.  

Yeni modelin Avropadakı satışlarına bu ilin yayında başlanmalıdır. İlk avtomobillər müştərilərə payız aylarında çatdırılacaqdır.