Suzuki şirkəti rəsmi olaraq yığcam Swift modelinin yeni nəslini Yaponiyada təqdim etmişdir. Bütün dünyada satılacaq avtomobilin kütləvi təqdimatı mart ayında keçirilən Cenevrə avtosalonunda baş tutacaqdır.

Yeni hetçbekin qabarit uzunluğu 3840 millimetr, eni – 1695 millimetr, hündürlüyü – 1500 millimetr, təkər bazasının uzunluğu isə 2450 millimetr təşkil edir. Beləliklə, yeni hetçbek sələfindən 10 millimetr uzun və 10 millimetr alçaqdır. Bununla belə, avtomobilin təkər bazası 20 millimetr artmışdır. Modifikasiyasından asılı olaraq hetçbek 860 – 960 kiloqram arasında çəkiyə malikd olacaqdır. Yaponiyada yeni model üç mühərriklə təklif ediləcəkdir. Bunlardan birincisi 1,2-litrlik atmosfer mühərrikidir ki, onun da 91 at qüvvəsi və 118 Nm fırlanma anı vardır. Bu mühərrik beş pilləli mexaniki ötürmələr qutusu və variatorla təchiz edilir. 

Bundan əlavə, Swift modeli tərkibinə 1,2-litrlik mühərrik və 3,1 at qüvvəli elektromotor daxil olan “mild hybrid” (“müəyyən qədər hibrid”) güc aqreqatı və variatorla təchiz edilir. Elektromotor sürətlənmə zamanı yardım edir və əyləcləmə zamanı enerji toplayır. Nəhayət, sonuncu mühərrik 102 at qüvvəsi və 150 Nm fırlanma anı olan 1,0-litrlik üç silindrli BoosterJet ailəsindən olan turbomühərrikdir.  Bu aqreqat yalnız avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.

Yeni avtomobilin 1,2-litrlik mühərriklə olan modifikasiyaları həm öndən, həm də tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Turbomühərrikli Suzuki Swift isə yalnız öndən çəkişli olacaqdır. Yeni modelin təchizatına işıqdiodlarından fənərlər, arxa görüntü kamerası, parktronik, zolaqlara nəzarət, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və sensorlu displeyi olan multimedia sistemi daxildir. Yaponiyada avtomobilin qiyməti 1,34 milyon yendən (24700 manat) başlayır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt