Toyopta şirkəti yeni nəsil Avalon modelinin növbəti tizerini dərc edib. Yeni flaqman sedanının kütləvi təqdimat mərasimi 13 yanvar tarixində işinə başlayacaq Detroyt avtosalonunda keçiriləcəkdir. Bu dəfə istehsalçı sedanın arxa işıq texnikasını nümayiş etdirib. Bir müddət bundan öncə, yapon istehsalçısı yeni modelin ön işıq texnikasını göstərmişdi.

Yeni nəsil Toyota Avalon modelinin yeni Toyota News Global Architecture (TNGA) modul platformasında inşa olunacağı ehtimal edilir.

Bu platformanda yeni nəsil Toyota Camry modelinin istehsalında istifadə edilir. Ön tərəfdə nazik formalı işıq texnikasına malik olan sedanın dizaynı, yapon markasının son dizayn üslubunda hazırlanacaqdır. Cari nəsil Toyota Avalon modeli amerikan bazarında 272 at qüvvəsi və 336 Nm fırlanma anı hasil edən 3,5-litrlik altı silindrli atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Modelin təchizatına işıqdiodlarından fənərlər, havalandırmalı ön oturacaqlar, smartfonların induksion doldurulması sistemi, naviqasiyası və trafikin real vaxt rejimində əks etdirilməsi funksiyasına malik olan multimedia sistemi daxildir.

Image alt Image alt Image alt Image alt