Peugeot 408 modeli çoxdandır ki, sedan kuzovunda buraxılır. Sedanın satış coğrafiyası Çin, Rusiya, Cənubi Amerika bazarlarını əhatə edir. Bu gün fransız istehsalçısı 408 modelinin Avropada üçün nəzərdə tutulmuş versiyasını təqdim edib, lakin fərqli formatda.

Avropalı Peugeot 408, şirkətin adlandırdığı kimi, kross-liftbək və ya C-seqmentinddən olan beşqapılı fastbəkdir. Yeni kross-liftbəkin ən yaxın qohumu, EMP2 platformasını paylaşdığı Peugeot 308 modelidir. Avropalılara həm ənənəvi daxili yanma mühərriki, həm də iki hibrid aqreqatı olan 408 fastbəki təklif olunacaqdır. Hər iki hibridi elektrik şəbəkəsinə qoşmaq olar.

Ölçüləri baxımından fastbək D seqmentinə aid olan 508 modelinə yaxınlaşıb. Eyni zamanda, 408 modelinin klirensi krossoverlərə layiqdir -  189 millimetr. Müqayisə üçün, 408 sedanının klirensi 145 millimetrdir. Bundan başqa, fastbək təkər tağları və kandarlardakı plastikdən örtmələrə, eləcə də genişləndirilmiş təkər izinə sahib olub.

Dizaynın diqqət çəkən məqamları arasında gündüz hərəkət işıqlarının “dişləri”, beşinci qapıdakı spoyler, arxa pəncərənin kənarındakı iki aerodinamik element və kükrəyən aslan başı ilə bəzədilmiş, kuzov rəngində olan dəbli çərçivəsiz radiator barmaqlığı var.

Avtomobilin təchizatı zəngindir: matrisa optikası, 17 - 20 düymlük təkər diskləri, 10-düymlük virtual cihazlar paneli və multimedia sisteminin eyni ölçülü ekranını özündə birləşdirən i-Cockpit ön paneli. Bundan əlavə, fastbək üçün masaj funksiyası olan oturacaqlar, 10-dinamikli Focal səs sistemi, gecə görmə sistemi, panoram dam və doqquz radarlı adaptiv kruiz-kontrol da bəyan edilib.

Avropalı alıcılara ünvanlanmış Peugeot 408 modeli hazırda üç versiyada təklif edilir ki, onlardan ikisi hibriddir. Daxili yanma mühərrikli ən sadə fastbək, 130 at qüvvəsi hasil edən və səkkiz pilləli “avtomat” ilə tandemdə çalışan Puretech ailəsinin 1,2-litrlik üçsilindrli benzin turbomühərriki ilə təchiz edilir.

Hər iki hibrid fastbək, tərkibinə 150 və ya 180 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərrik və 110 at qüvvəli elektrik mühərriki quraşdırılmış səkkiz pilləli “avtomat” daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Birinci halda aqreqatların ümumi hasilatı 180, ikinci halda isə, 225 at qüvvəsi təşkil edir.

Qurğuların fırlanma anı eynidir - 360 Nm. Hər iki hibrid 12,4 kilovat-saatlıq batareyaya malikdir. Tam doldurulmuş batareya fastbəkə elektrik ötürməsi ilə 60 kilometr məsafə qət etməyə imkan verir. Bir müddətdən sonra, Peugeot 408 modelinin sırf  elektrik versiyası peyda olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada satılacaq Peugeot 408 modelinin istehsalı Fransanın Mülyuz şəhərindəki Peugeot zavodunda təşkil ediləcəkdir və ilk fastbəklər gələn ilin əvvəlində dilerlərə göndəriləcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.