Bakıda yeni «Volkswagen Azerbaijan» Mərkəzi qapılarını alman avtomobil sevərləri üçün açdı. Bu andan etibarən Volkswagen markasının Azərbaycanda yeganə rəsmi dillerı - "Azərbaycan Automobiles" şirkəti məşhur brendin geniş mo-del sırasının satış və texniki xidmətini həyata keçirməyə başladı. Təəssüf ki, pandemiya səbəbindən mərkəzin təntənəli açılışı keçirilmədi. Sadəcə avtomobil jurnalistləri və bloqerləri kiçik qruplarla dəvət olunaraq, onlara yeni «şou-rum» və servis mərkəzi nümayiş etdrirldi.

«Autograph» jurnalının icmalçısını şirkətin marketinq-meneceri Samir Qədirov qarşıladı. Qısa ekskursiya zamanı S.Qədirov məlumat verdi ki, yeni Volkswagen Mərkəzi alman istehsalçısının tam tələblərinə uyğun inşa olunub. Bu mərkəz istər eksteryer, interyer və texniki təhcizat baxımından Volkswagen AG - nin ən ciddi korporativ tələblərinə cavab verən müasir kompleksdir.

Hazırda avtomobillərin sərgi salonunda yeni Polo və Passat modelləri təklif olunur. Volkswagen Polo tamamilə yenilənmiş və qabaritləri böyümüş kuzova, diodlu işıq texnikasına, rəqəmsal cihazlar panelinə, sensorlu displeyə malikdir.

Açarsız giriş və mühərriki çalışdırma funksiyaları, bütün oturacaqların və sükanın qızdırılması, geniş bagaj bölməsi - bütün bunları görəndə, Polo-nu özün üçün yenidən kəşf etmiş olursan. Üstəgəl satış qiyməti bu modeli öz seqmentində olduqca maraqlı təklifə çevirir.

Volkswagen Passat ölkəmizdə ənənəvi olaraq ən sevilən modellərdən biridir. İstənilən nəsildən olan Passat sahibinin sadiq dostuna çevrilir. Təsadüfi deyil ki, Bakıda bu modelin bir neçə fan-klubu mövcuddur.

Onlar virtual və əyani olaraq ünsiyyət qurur, birlikdə yürüşlər təşkil edir, ehtiyyat hissələri və aksessuarlar axtarırlar. Yeni Volkswagen Passat özünün biznes-sedan xüsusiyyətlərini saxlayaraq, daha dinamik və idman xarakterli dizayn nümayiş etdirir. Bu model həm ciddi görüşlərə yollanmaq üçün alicənab parntyor, həm də istirahət günlərində ailəvi istirahət marşrutlarinda etibarlı yol yoldaşıdır.

Yeni Volkswagen salonunda istehsalçının SUV seqmentinə aid «flaqmanı» - Toua-req də təklif olunur. Məlumdur ki, bu model daim yüksək maraq mərkəzində qaldığından satış templəri yüksək olur. Sifariş üçün mərkəzə müraciət edə bilərsiz.

Tezliklə yeni Volkswagen Tiquan da gözlənilir. Söhbətimizdən aydın oldu ki, bu ilin payızında brend aşiqlərini yeni sürprizlər də gözəyir. Görəsən hansı modellərdən söhbət gedir: hələlik rəsmi diler bunu sirr saxlamağa üstünlük verir.

Yeni mərkəzin satış xitməti birmənalı olaraq, müştəri məmnuniyyətinə tuşlanıb. Volkswagen almaq istəyən şəxs xüsusi zonada, heç yerə tələsmədən, avtomobilin təhcizatını, rəngini, salonun tərtibatını və materiallarını virtual olaraq seçə bilər, əlbəttə xüsusi təlim keçmiş satış məsləhətçilərinin köməyi ilə.

Məlumdur ki, avtomobil alan istənilən şəxsi daha iki vacib məsələ narahat edir: texniki xidmət və ehtiyyat hissələri!

Rəsmi Volkwsagen dilerinin 12 qaldırıcılı texniki servis mərkəzi ən müasir və lisenziyalı avadanlıq, proqram təminatı, xüsusi alətlər və təcrübə keçmiş mütəxəssislərlə fəaliyyətə başlayır. S. Qədirovun sözlərinə görə zəmanət və sonrakı istismar dövründə siz yalnız orijinal ehtiyyat hisslərindən istifadə etmək şərti ilə peşəkar texniki xidmətlə üzləşəcəksiz.

Avtomobili servisə təhvil verən müştəri istirahət zonasında çay, qəlyanaltı, internet kimi əlavə xidmətlərdən yararlanaraq, multi-displey vasitəsilə görülən işləri izləmək imkanına da malikdir.

«Volkswagen Azerbaijan» Satış və Servis Mərkəzinin ünvanı: Nəcəfqulu Rəfiyev küç. 29 Tel.: *0999 http://www.volkswagenauto.az/