Toyota şirkəti yeni nəsil Tundra pikapına olan marağı artırmağa davam edir. Bu dəfə yapon markası, modelin vizit kartına çevrilmiş maraqlı şüşələnməsini nümayiş etdirən qısa videoçarxı yayımlayıb. Yeni model elektrik ötürməsi olan arxa şüşəni və iki hissəli panoram damı qoruyub saxlayacaqdır.

Elektrik ötürməsi ilə açılıb-bağlanan arxa pəncərə yapon pikapı üçün yeni opsiya deyil. Bənzər elementi, modelin ilk nəslindən başlayaraq bütün Tundra modellərində quraşdırıblar. Qeyd etmək gərəkdir ki, bir çox avtomobil istehsalçısı artıq öz pikaplarında belə şüşədən imtina edib. Buna baxmayaraq, Toyota şirkıəti bu “fişkanı” saxlamağa qərar verib.

Pikapın texniki hissəsi və debüt tarixi barədə heç bir məlumat verilməyib. Yeni Toyota Tundra modeli Land Cruiser 300 modelinin əsasını təşkil edən GF-A platfomasında inşa ediləcək və 3,5-litrlik V6 biturbo mühərriki ilə təchiz olunacaqdır. Land Cruiser ofrouderində bu aqreqat 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edir və 10-pilləli “avtomat” ilə tandemdə çalışır. Bundan başqa, pikapın hibrid güc qurğusunu alacağı barədə də şayiələr dolaşmaqdadır.

Yeni Toyota Tundra pikapının yayın sonuna qədər debüt edəcəyi gözlənilir. Yeni pikapın ABŞ bazarındakı satışlarına payızda başlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.