Yenilənmiş Audi Q7 yenidən 252 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 2,0-litr dördsilindrli benzin turbomühərriki ilə təklif ediləcəkdir.Yenilənmiş Audi Q7 45 TFSI modelinin satılacağı ilk bazar ABŞ olacaqdır.

Texniki cəhətdən, dördsilindrli turbomühərriklə təchiz edilmiş Audi Q7 3:0-litrlik altısilindrli turbomühərriklərlə təklif edilən versiyalardan fərqlənmir: güc aqreqatı 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Q7 45 TFSI modeli standart olaraq Quattro tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Belə modifikasiya 60 mil/saat ( 96 km/saat) həddinə  6,9 saniyədə sürətlənir və 209 km/saatlıq maksimal sürət həddinə malikdir.

Audi Q7 45 TFSI modelinin standart  təchizatına yağış sensorları, LED optika, 19 düymlük təkər diskləri, beşinci qapının elektrik ötürməsi, üç zonalı klimat-kontrol sistemi, yeddi nəfərlik dəri salon və 12,3- düymlük vitual cihazlar paneli, multimedia sisteminin 10,1-düymlük sensorlu ekranı və klimat-kontrol sisteminin 8,6-düymlük sensorlu ekranı daxildir.

Audi Q7 45 TFSI modeli Şimali Amerika bazarında satılan 340 at qüvvəli Audi Q7 55 TFSI modifikasiyasından  6,000 dollar ucuz olacaqdır. Beləliklə, yenilənmiş Audi Q7 45 TFSI modeli ABŞ-da bazarında 54,800 dollara satılacaqdır.