Buick markasının yalnız Çin bazarında təklif etdiyi GL8 Avenir miniveni 2022-ci model ilinə əhəmiyyəli vizual və mexaniki yenilənmələr ilə daxil olur. Bu yeniliklərin arasında, daha da zəngin standart və opsional avadanlıq siyahıları ilə yanaşı, elektrikləşdirilmiş güc qurğusu da var.

İlkin olaraq, GL 8 Avenir modelinin rəng palitrasına yeni Pearl White boyası daxil edilib. Belə rəngə boyanmış minivenin altı və ya yeddi yerlik salonunun tərtibatına Bordeaux Red/Jade White rəngl dərilərin qarışığından istifadə olunur. Digər yeniliklər arasında, üçüncü cərgənin sərnişinləri üçün USB girişləri və lampalar var. Dəbdəbəli dörd yerlik versiyanın tərtibatda 13 millimetr qalınlığında olan eksklüziv tünd-göy rəngli xalçadan istifadə olunacaqdır.

Biuck eConnect məlumat-əyləncə kompleksinin son versiyası da GL8 Avenir miniveninin standart təchizatına daxildir. Bu kompleks istifadəçi interfeysinin yeni dizaynına və 3D qrafikalı naviqasiya sisteminə sahib olub. Sistem həmçinin nəqliyyat vasitəsinin monitorinqi və salondakı havanın keyfiyyətinin əks etdirilməsi funksiyalarına da malikdir.

Ən başlıcası isə, təchizat səviyyəsindən asılı olmayaraq, Buick GL8 Avenir modeli geniş çeşiddə təhlükəsizlik sistemləri və elektron yardımçılar ilə təklif olunacaqdır. Bu sistemlərin arasında ətraf infrastruktur ilə məlumat mübadiləsi aparan V2X funksiyası da mövcuddur.

Yuxarıda qeyd etdiyimiz kimi, 2022-ci model ilinin Buick GL8 Avenir modeli “mülayim” hibrid güc qurğsu ilə təklif ediləcəkdir. Miniven 2,0-litrlik benzin mühərriki və doqquz pilləli “avtomat” ilə təchiz edilir.

Elektrik əlavəsi 48 voltluq elektrik mühərrikindən, 48 voltluq batareyadan və qıdlanmanın idarəetmə modulundan ibarətdir. Ağıılı sistem əyləcləmə zamanı yaranan kinetik enerjinin rekuperasiyasını və elektrik üfürməsini təmin edir. Hibrid qurğu adi mühərriklə müqayisədə 6% daha effektiv olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində, 2022-ci model ilinin Buick GL8 Avenir modelinə sifarişlərin qəbuluna artıq başlanılıb. Modelin satış qiyməti 463.900 yunadan (121.700 manat) başlayır. Minivenin top versiyası isə, 533.900 yuna (140.050 manat) satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.