Cenevrə avtosalonun ləğv edilməsi avtomobil istehsalçılarını yavaşlatdığını söyləməkl olmaz. Koronovirus ucbatından sərginin ləğv edilməsindən bir neçə saat keçmiş Mercedes-Benz şirkəti yenilənmiş E-Class modelinin yeni tizerini dərc edib.

Yeni tizerdə avtomobilin bir çox hissələri açıq-aydın nümayiş etdirilir. Məsələn, videoçarxda avtomobilin radiator barmaqlığını, ön fənərlərini və salonun bəzi elementlərini görmək olar. Göründüyü kimi, avtomobilin zahirində elə də ciddi dəyişiklilər yoxdur. Səbəbi isə məlumdur - cari nəsil E-Class modeli həyat dövrünün tam ortasındadır.

Xatırladaq ki, bir müddət bundan öncə, Mercedes-Benz şirkəti yenilənmiş E-Class ailəsi haqqında ilk məlumatı dərc edib. Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş E-Class ailəsi yeddi hibrid modifikasiyaya və təkmilləşdirilmiş elektron yardımçılara sahib olacaqdır.

Modelin mühərrik çeşidində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Avtomobil, benzin və dizel mühərriklərinin əsasında yaradılmış yeddi hibrid versiyada təklif ediləcəkdir. Bu modifikasiyalardan dördü tamötürməli olacaqdır. İki ənənəvi daxili yanma mühərriki də təklif ediləcəkdir: 272 at qüvvəli 2,0-litrlik «turbodördlük» və 367 at qüvvəli 3,0-litrlik «turboaltılıq».