Britaniyanın AutoExpress nəşri yenilənmiş Mercedes-Benz G-Class modelinin yeni casus şəkillərini dərc edib. Radiator barmaqlığından göründüyü kimi, casusların obyektivlərinə G550 modifikasiyası tuş gəlib və artıq onu indiki modeldən fərqləndirən elementləri görmək olar. Kamuflyajlı avtomobilin ön bamperi başqa tərtibata malikdir, hava girişləri isə, aktual G550 modelində olduğundan böyükdürlər. Kapot ilə təkər tağlarının genişləndiriciləri də fərqlənirlər.

Mercedes-Benz G-Class modeli 2018-ci ildə nəsil dəyişdirib, 2021-ci ildə isə dünya üzrə rekord sayda - 41.174 ədəd satılıb və bu, 1979-cu ildən bəri, yəni  orijinal W460 modelinin buraxıldığı andan əldə edilmiş ən yaxşı göstəricidir. Alman markasının əfsanəvi ofrouderin tam elektrik versiyası üzərində çalışdığı da məlumdur. Elektrik ofrouderi 2024-cü ildə debüt etməlidir. Paralel olaraq, alman istehsalçısı G-Class modelinin restaylinqini hazırlayır.

Casus şəkillərindəki avtomobil kamuflyajdadır, üstəlik, örtük ilə yalnız avtomobilin ön və arxa hissələri bağlıdır. Ən böyük dəyişikliklər məhz ön tərəfdə gözlənilir, lakin onlar nöqtəvi xarakter daşıyacaqlar. Arxa fənərlər də modernləşdirə bilərlər, lakin burada ciddi yeniliklər gözlənilmir.

Salonun şəkli olmasa da, Mercedes-Benz şirkəti ofrouderi MBUX multimedia sisteminin son versiyası ilə təchiz edə bilər. Xatırladaq ki, alman markasının model cərgəsində belə sistemə malik olmayan yeganə avtomobil məhz G-Class ofrouderidir. Yenilənmə ilə birlikdə mərkəzi ekranın ölçüsünün böyüyəcəyi istisna olunmur.

Image alt Image alt Image alt

Hələ 2020-ci ildə yenilənmədən sonra Mercedes-Benz G-Class modelinin ekstremal G550 4x4² zavod versiyasına sahib olacağı barədə məlumatlar yayılmışdı. Belə ofrouder artıq casuslar tərəfindən qeydə alınıb: yeni ekstremal ofrouder sələfində olmayan əlavə ofroud atributlarını - beşinci qapıdakı ehtiyat təkərini, damdakı güc baqajını və yuvarlanmaya qarşı tiri alacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.