Bu gün Skoda şirkəti yenilənmiş Superb modelinin növbəti videotizerini dərc edib. Yeni tizardən göründüyü kimi, yenilənmiş Superb əvvəlki kimi sedan və universal kuzovlarında, həmçinin dəbdəbəli Laurint&Klement və Scout yolsuzluq versiyalarında təklif ediləcəkdir.

Yenilənmiş Superb fərdi şəkildə idarələnən seqmentləri olan LED Matrix fənərləri ilə təchiz ediləcəkdir. Alın şüşəsində quraşdırılmış kameradan alınmış məlumata əsasən fənərlərdəki işıq dəstəsinin konfiqurasiyası qarşıdan gələn hərəkət axını və işıqlandırmadan asılı olaraq avtomatik şəkildə dəyişəcəkdir. Duman əleyhinə fənərlər də işıqdiodlarından olacaqdır.

Arxa fənərlər dinamik dönmə işıqlarına sahib olacaqdır: işıqlanan zolaq daxildən xaricə doğru hərəkət edəcəkdir. Avtomobilin açılıb-bağlanması zamanı onlar müəyyən edilmiş ardıcıllıqla yanıb-sönərək avtomobilin sahibini «salamlayacaqdırlar».

İlkin məlumata görə, Skoda Superb genişləndirilmiş funksionallığa və «hava» ilə yenilənmə funksiyasına malik olan mediakompleksə də sahib olacaqdır. Bundan başqa, yenilənmiş modelin mühərrik çeşidinə 1,4-litrlik turbomühərrikin əsasında yaradılmış hibrid güc qurğusu da daxil ediləcəkdir.