Volkswagen şirkəti yenilənmiş Polo modelinin GTI indeksli “qaynar” versiyasını təqdim etməyə hazırlaşır. Buna, bu günlərdə casusların obyektivlərinə tuş gələn cüzi kamuflyaja malik olan sınaq protoipi dəlalət edir. İlkin məlumata görə, gələn il diler salonlarında peyda olacaq supermini, Ford Fiesta ST və Hyundai i20 N modelləri ilə rəqabət aparacaqdır.

AutoExpress nəşrinin dərc etdiyi şəkillərindən göründüyü kimi, yeni Polo GTI bir çox dizayn elementlərini böyük qardaşı Golf GTI modelindən alacaqdır. Bunlara misal kimi, ön bamperin dizaynını və radiator barmaqlığını torunu, kuzovun eni boyu uzanan LED zolağı və dəyişdirilmiş formaya malik olan ön LED fənərləri göstərmək olar.

Hetçbekin arxa tərəfində də Golf GTI modelindən ilham alınaraq hazırlanmış elementlər var - özüdə gözləndiyindən daha çox. Bu elementlər yeni arxa fənərlərdən və arxa bamperin yeni tərtibatından ibarətdir. Lakin arxa fənərlərin forması sizi yanıltmasın – baqaj qapağındakı işıqlandırma elementləri kamuflyaj örtüyü vasitəsi ilə məharətlə gizlədilib.

“Qaynar” hetçbekin salonunda GTI emblemi olan yeni sükan çarxı, klimat-kontrolun yeni sensorlu idarəetmə bloku, bir neçə USB-C girişləri, 10,25-dymlük rəqəmsal cihazlar paneli və yeni multimedia sisteminin 9,2-düymlük sensorlu ekranı quraşdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Polo GTI modelinin əvvəlki 2,0-litrlik dördsilindrli turbomühərriklə təchiz ediləcəyi ehtimal olunur. Yenilənmədən əvvəlki avtomobildə bu aqreqat 197 at qüvvəsi hasil edirdi. Güc aqreqatı yeddi pilləli DSG “robotu” ilə tandemdə çalışacaqdır, ötürmə yalnız ön oxa olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.