2017-ci ilin yayında debüt edən altıncı nəsil Volkswagen Polo hetçbeki qohum Seat Ibiza modelindən sonra planlaşdırılmış yenilənmədən keçib. Yenilənmiş hetçbekin Avropa bazarındakı satışlarına yaxın günlərdə başlanmalıdır.

Volkswagen Polo R-Line

Hetçbekin eksteryer dizayna ( digər elementlər kimi) səkkizinci nəsil Golf modelinə nəzərən yenidən baxılıb. Yeni işıqlandırma texnologiyası artıq "bazada" diodlardan hazırlanır, əlavə ödəniş qarşılığında isə, radiator barmaqlığı boyunca uzanan işıqlandırılan zolaqla “birləşdirilən” matrisa fənərlər təklif ediləcəkdir.

Volkswagen Polo R-Line

Eyni zamanda, avtomobilin ölçüləri bir millimetr belə dəyişməyib: hetçbekin uzunluğu  4053 millimetr, eni – 1751 millimetr, hündürlüy isə 1446 millimetr təşkil edir. Təkər bazası da eynidir - 2564 millimetr. Yeni təchizat səviyyələri də “səkkizinci” Golf modelindən götürülüb: Trendline, Comfortline və Highline təchizatlarını Polo, Life, Style və R-Line səviyyələri əvəzləyib. GTI versiyası da yerini qoruyub, ancaq onun debütü yayda baş tutmalıdır.

Volkswagen Polo Style

Hetçbekin baza təchizatına səkkiz düymlük ekrana sahib olan Digital Cockpit virtual cihazlarr paneli, 6,5-düymlük sensorlu ekranı olan Composition Media multimedia kompleksi, zolaq köməkçisi daxil olan genişləndirilmiş təhlükəsizlik sistemləri dəsti və mərkəzi hava yastığı daxil edilib . Klimat-kontrol da böyük modellərdəki kimi sensorlu idarəetməyə blokuna sahib olub. Bahalı modifikasiyalar məlumat-əyləncə kompleksinin 9,2-düymlük ekranı və 10,25-düymlük virtual cihazlar paneli ilə təchiz edilirlər.

Volkswagen Polo Style

Dizel aqreqatları Volkswagen Polo modelinin mühərrik çeşidindən keçən il çıxarılıb və təbii ki, yeniləmədən sonra geri qaytarılmayıblar. Satışların başlanğıcında müştərilərə 1,0- litrlik üç üçsilindrli benzin mühərrikləri (80, 95 və 110 at qüvvəsi), 150 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik və təbii qazla işləyən eyni həcmli TGI (90 at qüvvəsi) mühərriki təklif ediləcəkdir. Mühərriklər altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli DSG “robotu” ilə təchiz edilə bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsiyalar siyahısına əhəmiyyətli əlavə, ikinci səviyyəli avtonomluğu təmin edən IQ.DRIVE Travel Assist köməkçisidir. Bu sistem tutuş sensorlar olan sükan çarxı ilə birlikdə quraşdırılır - əsas məqsəd sürücünün əllərinin sükanda  olmasına nəzarətdir, - əks halda belə "avtopilotdan" Avropa Birliyində istifadə edilə bilməz.