Avtomobil jurnalistikası ilə məşğul olduğum uzun müddət ərzində dəfələrlə dostlarıma və tanışlarıma şinlər barədə məsləhət verməli olmuşam. Doğrudur, sual verən hər kəsi əsasən münasib qiymətə olan şinləri almaq maraqlandırır. Lakin, unutmaq olmaz ki, şinlər sizin təhlükəsizliyini təmin edən ən vacib amillərdən biridir.

Əlbəttə, bir ölkədə ki, şinləri ancaq protektorun gözəlliyinə və qiymətinə görə seçirlər, maarifləndirmə işi aparmaq vacib şərtləndərdir. Şinlərin xarakteristikalarının əhəmiyyətli faktor olmasını sübut etmək üçün bircə amili xatırlatmaq istərdim - avtomobilinizin yol səthi ilə təması yalnız şinlər vasitəsi ilə həyata keçirilir. Arif insan artıq bu cümlədən şinlərin əhəmiyyətini anlamış olacaq. Bildirmək istəyirəm ki, şinlər kimi əhəmiyyətli ehtiyat hissəsinin alınmasına tam ciddiyyət ilə yanaşmaq lazımdır.

Şinlər bilavasitə avtomobilin idarəedilməsinə, əylənməsinə və çətin hava şəraitində təhlükəsiz hərkətinə təminat verən amillərdən ən vacibidir. Digər tərəfdən zərbələrə dözümlülük, səs-küy, yeyilmə faktorlarını nəzərə almaq lazımdır.

Ola bilər ki, adi şəraitdə adi sürücü ucuz təkərlərlə bahalısı arasında fərqi görməsin, lakin ekstremal şəraitlərdə şinlərin xarakteristikası böyük əhəmiyyət kəsb edir.

Jurnalistlər üçün brifinq

Mən dəfələrlə şinlərin müqayisəli sınaqlarında iştirak etdiyim üçün, müxtəlif şinlərin ekstremal şəraitlərdə özlərini fərqli apardığının şahidi olmuşam. Heç kimə sirr deyildir ki, Azərbaycanda sürücülərin əksər hissəsi mövsümdən asılı olmayaraq yay təkərlərindən istifadə etməyə üstünlük verirlər. Bu gün qış mövsümündə yay təkərlərinin istifadəsinin mənfi cəhətlərindən danışmayacağam. Bu tamamilə ayrı söhbətin mövzusudur. 

Bu günki söhbətimizin mövzusu, mart ayının sonlarında Nokian Tyres şirkətinin Azərbaycan təmsilçisinin dəstəyi ilə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş yeni Nokian Hakka Blue 2 şinlərinin təqdimat mərasimində iştirakımdır. Adətən Azərbaycanda fəaliyyət göstərən şin satıcıları belə təqdimatları təşkil etmirlər. Bu qaydalardan yeganə istisna kimi Nokian Tyres şirkətinin  Azərbaycan nümayəndəliyini göstərmək olar.

Yaş zəmində qəfil əyləcləmə

Son illər ərzində bu nümayəndəliyin dəfələrlə keçirdiyi təqdimat mərasimləri və seminarlarına dəvət almışıq. Kiyevdə keçirilən təqdimatda Nokian şirkəti iki yeni təkəri - Hakka Blue 2 və Rockproof şinlərini dəvət edilmiş jurnalistlərə nümayiş etdirdi. Tədbir Kiyevin «Çayka» avtoidman kompleksində təşkil edilmişdi.

Təşkilatçılar ilk  növbədə dəvət edilmiş jurnalistləri Nokian şirkətinin yeni məhsulları ilə tanış edərək, şinlər haqqında ətraflı məlumat verdilər. Bildiyimiz kimi, sürücülərin yazdan başlayaraq qışa qədər olan müddətdə ən çox üzləşdiyi təhlükələr yağmurlu hava şəraitindəki akvaplaninq problemidir.

Trekdə şinlərin sınağı

Akvaplaninq dedikdə, şin ilə yol səthi arasında qalan sü təbəqəsi sayəsində təkərlərin asfalt zəmin ilə ilişməni itirməsi nəzərdə tutulur. Şin istehsalçılarının üzərində ən çox işlədiyi texnologiyalar əsasən akvaplaninqin aradan qaldırılmasına xidmət göstərir. Yəni, bu texnologiyalar sayəsində yağışlı havada avtomobilin yüksək sürətlərdə sabit istiqamətdə hərəkəti təmin edilir. Bizə təqdim edilən Hakka Blue 2 şinləri də Dry Touch adını almış belə bir texnologiya ilə təchiz edilmişdir. 

Dry Touch texnologiyası özündə ün innovasiyanı birləşdirir ki, bu yeniliklər sayəsində təkərin asfalt səthi ilə təmas sahəsi maksimuma çatır. Şinin mərkəzi tilindəki Dry Touch 2 diaqonal lamelləri sayəsində yol səthindəki nəm və su əsas kanallara yonləndirilir. Digər bir innovasiya - Coanda adlı texnologiya təkərin daxili çiyin hissəsində suyun ötürülməsini sürətləndirməyə xidmət edir. Axının xüsusi yönləndiricisi olan Flow Guide texnologiyası sayəsində isə, su köndələn xəttlərin ətrafı ilə ikiqat sürətlə axıdılır. 

Dry Touch 2 lamelləri

Qeyd etmək lazımdır ki, protektorun hazırlandığı Nokian Hakka Blue Hybrid rezin qarışığı da yaş yol səthi ilə ilişmə səviyyəsini yüksəltməklə yanaşı, yanacağa da qənaət etməyə imkan verir. Silika ilə zənginləşdirilmiş qarışıq temperaturun dəyişməsinə uyğunlaşaraq yaş səthlə ilişməni təmin edir.

Rezin qarışığa əlavə edilmiş küknar yağı şinin temperaturunu aşağı salır, molekullararası hərəkət zamanı yaranan sürtünməni azaldır. Bunun nəticəsində də istilik ayırma və yırğalanmaya müqavimət azaldılır. Yeni rezin qarışığı kobud asfalta qarşı dözümlüdür ki, bu da şinlərin yeyilməyə qarşı davamlılığını artıtır.

Lamellərin iş prinsipi

Hakka Blue 2 şinlərin səs-küy səviyyəsinin azaldılması üçün fin istehsalçısı Silent Sidewall və Silent Groove Design texnologiyalarını da tətbiq etmişdir.

Bundan başqa, şinlərin disklə birləşən hissəsinin davamlılığının artırılması üçün High Tensile Steel belt structure konstruksiyasını təklif edilir. Bu texnologiya brekerin sərtliyini və yüngüllüyünü təmin edir ki, bu da yüksək sürətlərdə manevr dəqiqliyini təmin edir. Şinlər haqqında məlumat aldıqdan sonra, avtodromda düzəldilmiş zonada Hakka Blue 2 şinlərinin yaş zəmində əyləcləmə və manevr qabiliyyətini yoxlamağa yollandıq. Bu sınaqlarda Toyota və Volvo avtomobilləri iştirak edirdi. Qeyd etmək lazımdır ki, həqiqətən də sələfinə nisbətən yeni şinlər daha qısa əyləc məsafəsinə və ilişmə səviyyəsinə malikdir. 

Hakka Blue 2 şinləri Toyota Camry kimi o komfortlu asmaya malik olan avtomobili dəqiq reaksiyalarla təmin edirdi. Avtomobillər qəfil zolaq dəyişmə tapşırığını da dəqiqliklə yerinə yetirirdilər.

Növbəti sınaqlar şinlərin yüksək sürətlərdə asfalt zəminlə ilişmə, döngələrdəki dayanıqlılıq və manevr qabiliyyətlərinin sınaqdan keçirilməsini nəzərdə tuturdu.

Sınaq avtomobilləri olaraq yeni nəsil Renault Megane modelləri iştirak edirdilər. «Çayka» trekindəki dövrələr yeni şinlərin yüksək ilişmə qaniliyyətinə malik olduğunu, döngələrdə yüksək dayanıqlılığı və manevrlərin dəqiqliyini təmin etdiyini göstərdi. Ən başlıcası isə, əvvəlki nəsil Hakka Blue şinlərindən fərqli olaraq yeni şinlər daha aşağı səs səviyyəsinə sahib olduğunu nümayiş etdirdi. Sınaqlar bitdikdən sonra bizi daha bir sürpriz gözləyirdi. Nokian Tyres şirkətinin Ukrayna nümayəndəliyi dəvət olunmuş jurnalistlər üçün əyləncə proqramını da hazırlamışdı. Jurnalistlərə avtodromun kartınq trekində yarışmaq şansı verilmişdi.

Əyləncə proqramı  təsnifat mərhələsinin keçirilməsini, sonra isə ilk on yaxşı nəticə göstərmiş jurnalistlər arasında səkkiz dövrəlik yarışmanı nəzərdə tuturdu. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt