Opel şirkəti yenilənmiş Insignia modeli haqqında ilk məlumatı dərc edib. Yenilənmiş modelin kütləvi təqdimatı gələn ilin yanvarında işə başlayacaq Brüssel avtosalonunda keçiriləcəkdir. Alman markasının bayraqdar modeli yenilənmiş zahiri görkəmə və adaptiv InelliLux LED Pixel Light matrisa fənərlərinə sahib olub.

Opel şirkətinin vitse-prezidenti Mark Adam markanın “ifadəli və təmiz dizayn” mövzusunu inkişaf etdirdiyini bildirib. Bu, Insignia modelinin daha iri radiator barmaqlığında və ön fənərlərində əks olunur. Yeni fənərlər nəinki dəyişdirilmiş formalara, həmçinin yeni tərtibata da malik olub. Yeni fənərlərdə gündüz hərəkət işıqları yuxarı hissədə deyil, aşağıda yerləşir. Bundan başqa, model başqa bamperlərə və arxa işıqlara sahib olub. Əvvəllər belə arxa fənərlər yalnız Sports Tourer univesalında quraşdırılırdı. Grand Sport liftbeki isə buraxılış sisteminin yeni ucluqlarına sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt

Restaylinq keçmiş Opel Insignia modelindəki ən başlıca yenilik IntelliLux LEX Pixel Light matrisa fənərləridir. Əvvəlkinin əksinə olaraq, yeni fənərlər 32 deyil 168 diod elementlərinə sahibdir.  Fənərlər pis hava şəraitində, döngələrdə, sürətli avtobanlarda və hətta parkinqdə belə görüntünü yaxşılaşdıran bir neçə rejimə malikdirlər.

Bundan başqa, Insignia yeni arxa kameraya, bir neçə variantda multimedia sisteminə, opsional erqonomik ön oturacaqlara və smartfonların naqilsiz doldurulması sisteminə sahib olub. Elektron yardımçılar siyahısına arxa hissədəki köndələn trafikə nəzarət sistemi, piyadaları aşkarlama funksiyası olan təcili əyləcləmə sistemi, yol nişanlarının tanınması funksiyası və parklanmaya yardım edən köməkçisi daxil edilib. E-Call təcili yardım xidmətlərinin çağırılması sistemi əllə və yaxud təhlükəsizlik yastıqlarının açılması və kəmərlərin dartılması ilə avtomatik şəkildə aktivləşir.