İnternet şəbəkəsində Peugeot 208 hetçbekinin yeni nəslinin şəkilləri peyda olub. Model 508 liftbekinin üslubunda olan zahiri görkəmə və elektrik versiyasına sahib olub.

Yeni Peugeot 208 modelinin dizaynı daha idmansayağı olub. Bu, daha uzun və çıxıntılı kapot, həmçinin kuzovun yan panellərindəki xətlər sayəsində əldə olunub. Hetçbek ön və arxa tərəfdə təkrarlanan naxışları olan LED işıq texnikasına, həmçinin 508 modelinin üslubunda ön «buynuzlara» malik olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şəkillərdən göründüyü kimi, salon da dəyişikliklərə məruz qalıb. Burada i-Cockpit arxitekturasının varisliyini görünür, lakin elementlərin çox hissəi başqa formaya malikdirlər. Məsələn, mərkəzi displey xüsusi oyuqda yerləşdirilib, rəqəmsal cihazlar panelinin dekoru, havalandırma deflektorlarının və düymələrin yerləşməsi dəyişdirilib.

Peugeot 208 modelinin elektrik versiyası, böyük ehtimalla, DS3 Crossback E-Tense modelindən alınmış güc qurğusu ilə təchiz ediləcək. Bu, 136 at qüvvəli elektromotor və 50 kilovat-saatlıq akkumulyatorlar blokudur. Xatırladaq ki, dolu batareyalar ilə krossover 300 kilometr məsafə qət edir.