Pininfarina dizayn studiyası mart ayında keçiriləcək Cenevrə avtosalonunda Honq-Konqdan olan Hybrid Kinetic Group şirkəti ilə birlikdə hazırladığı HK GT konseptual elektromobili nümayiş etdirməyi planlaşdırır. Bu tərəfdaşların hazırladığı dördüncü konseptdir. Bu gün atelye konseptin növbəti tizerini yayıb. Tizerdən göründüyü kimi avtomobil "qağayı qanadları" formasında qapılara sahib olacaqdır.

Tərəfdaşların hazırladığı ilk konsept avtomobili keçən il Cenevrə avtosalonunda nümayiş etdirilən H600 elektrik sedanı olub. Sonradan, tərəfdaşlar Şanxayda keçirilmiş avtosalonda beşyerli K550 və yeddiyerli K750 konseptual krossoverlərini nümayiş etdiriblər.

Pininfarina nümayəndələri, italyan dizayn məktəbinin klassik ənənələrindən istifadə edilərək yaradılan  yeni konseptin Gran Turismo ideyasının yeni təzahürü olduğunu söyləyiblər. Eyni zamanda, yeni konsept Hybrid Kinetic brendinin inkişaf istiqamətini nümayiş etdirməlidir.

Dərc edilmiş tizerlərdən də göründüyü kimi, yeni konsept axıcı və zərif formalara malik olacaqdır. Konseptin arxa işıq texnikası nazik və üfüqi fənərlərdən ibarət olacaqdır ki, bu fənərlərin bənzərini BMW 8-Series konseptində müşahidə etmək olar. Elektromobilin interyeri  incə xəttlərlə yanaşı, idman xarakterinə də malik olacaqdır.

Yaradıcılar avtomobil haqqında ətraflı məlumat təqdim etməsələr də, onun ümumi gücü 800 at qüvvəsi olan iki elektromühərriklə hərəkətə gəldiyi məlumdur. Superbatareyaların qidalanmasına cavabdeh olan HK mikroturbogeneratorlu sistemi Hybrid Kinetic Group hazırlamışdır. 100 km/saat həddinə kupe 2,9 saniyəyə sürətlənməlidir.