Posaidon tüninq atelyesi superkar dinamikasına malik olan ekstremal Mercedes-AMG G 63 ofrouderini təqdim edib. Standart tvin-turbo mühərrikinin gücü 585-dən 940 at qüvvəsinə qədər artı rılıb, nəticədə ofrouder 100 km/saat qədər sürətlənməyə 3,6 saniyə sərf edir. Bu göstəriciyə görə, ofrouderi, məsələn, Ferrari Enzo və ya Porsche 911 Carrera S superkarları ilə müqayisə etmək olar.

Mühərrikin hasilatını metanolun çilənməsi sisteminin və daha iri ölçülü turbinlərin quraşdırılması, giriş və soyutma sistemlərinin, eləcə də idarəetmə elektronikasının yenidən tənzimlənməsi nəticəsində artmışdır. Bundan sonra G-Class modeli Mercedes-AMG G 63 ofrouderindən 355 at qüvvəsi daha güclü olub. Ofrouder 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. Onun maksimal sürət həddi 280 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

940 at qüvvəli ofrouderi iki hava girişi olan kapot, əlavə işıqlandırma qurğusu və damdakı spoyleri, buraxılış sisteminin təkmilləşdirilmiş çıxış boruları və karbon-saxsı əyləc mexanzimləri sayəsində tanımaq olar.

Tüner təkmilləşdirilmiş G-Class modelinin qiymətini açıqlamayıblar.