Lourens Strollun sahibi olduğu Racing Point komandası yeni mövsümdə istifadə edəcəyi avtomobili təqdim edib. Yeni avtomobilin təqdimat mərasimini Kanadada keçirib. Avtomobilin ilk təsviri isə rəsmi Twitter səhifəsində dərc edilib.

Komanda özünün baş sponsotunu da təqdim edib. Bu Keniya, Tanzaniya, Cənubi Afrikada, Men adasında və Böyük Britaniyada idman mərclərini qəbul edən platformadır. Yeni titul sponsorunun gəlişi ilə komandanın adı dəyişib – SportPesa Racing Point.

Keçən il komandanın əsas sponsoru olan BWT şirkəti də Strollun komandası ilə əməkdaşlığı davam etdirəcək.  Bu səbəbdən də çəhrayı rəng avtomobilin üzərində geniş yer tutur. Yeni mövsümdə Racing Point komandasında Lens Stroll və Serxio Peres çıxış edəcəklər. Yeni şassi RP19 indeksini daşıyacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt