Hyundai və Kia şirkətləri elektrik hiperkarları və akkumulyator sistemlərinin istehsalçısı olan Rimac Automobili şirkətinə 80 milyon avro sərmayə qoyublar. Yeni razılaşma çərçivəsində koreya istehsalçıları xorvat şirkəti ilə birlikdə iki elektrik sportkarını yaradacaqdırlar.

Elektrik qurğusu ilə təchiz edilmiş hiperkarların inşası sahəsində böyük təcrübəyə malik olan Rimac mütəxəssisləri Hyundai-Kia cütlüyünə iki avtomobilin hazırlanmasında yardım edəcəkdirlər. Birinci olaraq, əsasını Racing Midship konseptləri seriyası təşkil edən ortamühərrikli sportkarın elektrik versiyası, ikinci avtomobil isə yanacaq elementləri ilə çalışan «qaynar» model olacaqdır.

Hyundai şirkətinin ortamühərrikli «qaynar» hetçbek üzərində işlədiyini keçən il Hyundai N bölümünün rəhbəri Albert Birmann təsdiq edib.  RM16 adlı son prototip elektrik kompressoru olan 2,0-litrlik T-GDi və 48 voltluq batareya ilə təchiz edilib. Hyundai RM16 yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir.