Amerika Birləşmiş Ştatlarında yaradılan Rivian Automotive startapı Los Ancelesdəki avtosalonda R1T pikapını və R1S ofrouderini təqdim edib. Hər iki avtomobil elektrik mühərriki ilə hərəkətə gəlir. Ofrouder beş və yeddi yerlik salonlarla təklif ediləcəkdir. Dolu batareya ilə ofrouder 660 kilometr yürüş edəcəkdir.

Rivian R1S modeli üç növ batareya ilə təklif ediləcəkdir: bunlar 105, 135 və 185 kilovat-saatlıq tutumu olan batareyalardır. Ofrouderin ümumi çəkisi 2650 kiloqramdır. Ofrouderin uzunluğu 5040 millimetr, eni – 2015 millimetr, hündürlüyü isə 1820 millimetrdir. Rivian R1S modelinin maksimal klirensi 365 millimetrdir. Bu R1T pikapında olduğundan 5 millimetr çoxdur. Ofrouderin giriş və çıxış bucaqları pikapla eynidir – 34 və 30 dərəcə. Rampa bucağı isə ofrouderdə 29, pikapda isə 26 dərəcədir.

R1S modeli hər bir təkərdə quraşdırılmış dörd elektromotorla hərəkətə gəlir. İstifadə edilən batareyalardan asılı olaraq onların ümumi gücü 408, 710 və 864 at qüvvəsi təşkil edə bilər. Ən güclü ofrouder 100 km/saat həddinə üç saniyəyə sürətlənir. Rivian R1S modeli modifikasiyasından asılı olaraq 386, 499 və 660 kilometrlik yürüş ehtiyatına malikdir. Modelin təchizatına adaptive pnevmoasqı, rəqəmsal cihazlar paneli, və sensorlu displeyi olan multimedia sistemi daxildir.

R1T pikapına gəldikdə isə, elektrik pikapı Mercedes-Benz X-Class modelindən 135 millimetr uzun və 95 millimetr enlidir. Pikap bir metrlik çay keçidini qət etmək imkanına malikdir. Rivian R1T modelinin unikal cəhətlərindən biri kabina və yük platformasının arasında yerləşən iki tərəfi açılan 350 litrlik yük bölümüdür. Daha bir baqaj bölümü ön kapotun altında yerləşir. Bu bölüm 800 litr həcmə malikdir.Bundan başqa, pikap 3500 kiloqramlıq qoşqunu yedəyə ala bilər.

 

Pikap ümumi hasilatı 760 at qüvvəsi və 1120 Nm fırlanma anı olan güc qurğusu ilə hərəkətə gəlir. 100 km/saat həddinə pikap üç saniyəyə, 160 km/saat həddinə isə yeddi saniyəyə sürətlənir. Seçilmiş batareyadan asılı olaraq pikapın yürüş məsafəsi 400-640 kilometr arasındadır. Batareyaların müdafiəsi üçün pikapın altı karbon və kevlarla gücləndirilib.

Rivian R1S və R1T modellərinin buraxılışı İllinoys ştatının Normal şəhərindəki zavodda aparılacaqdır. Əvvəllər Mitsubishi Motors şirkətinə məxsus olmuş istehsal meydançasında ildə 350 min avtomobil buraxmaq imkanı vardır. Rivin şirkəti 2025-ci ilə ildə 50-60 min ədəd avtomobil buraxmağı planlaşdırır.    

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt