Bu gün Soçi avtodromunda keçirilmiş üçüncü sərbəst yürüşlərdə Ferrari pilotları hökmüranlıq ediblər. Şarl Lekler dövrəni 1.32,733 zamanla başa vuraraq günün protokoluna başçılıq edib. Onu komanda yoldaşı Sebastysan Fettel təqib edib. Alman pilot monakoludan 0,316 saniyə yavaş olub.

Növbəti iki yerdə Mercedes pilotları Lyuis Həmilton və Valtteri Bottas qərarlaşıblar.  Həmilton sırlamanın liderinə 0,396 saniyə uduzub. Maks Ferstappen beşinci, Romen Qrojan isə altıncı nəticəni qeydə alıblar. Aleksandr Əlbon, Niko Hülkenberq,  Lando Norris və kevin Maqnussen ilk onluğa daxil olmağı bacarıblar.

Bu nəticələri diqqətə alsaq, poul uğrunda mübarizənin Ferrari və Mercedes pilotları arasında gedəcəyini söyləmək olar. Maks Ferstappenin poulu qazanması halında belə, gənc hollandiyalının yarışa ilk cərgədən başlama şansını aldığı 5 yerlik cəza sıfıra endirir. Ən yaxşı halda Maks altıncə yerdən atart ala bilər.