Çex istehsalçısı artıq beş ildir ki, buraxıdığı dördüncü nəsil Octavia modelinin yenilənmiş versiyasının təqdim etməyə hazırlaşır. Yeni modelə olan marağı artırmaq məqsədi ilə, Mlada Boleslav istehsalçısı yenilənmiş liftbək və universalın eksteryerinin dizayn eskizlərini dərc edib.

Bu eksizlərin arasında “bərkgedən” RS versiyasının da görüntüsü mövcuddur. Eskizlər adətən reallığı bir qədər şişirdir, lakin dərc edilmiş təsvirlərdə yenilənmiş Octavia modelinin əsas cəhəti – ön optirkasının maraqlı forması aydın əks olunur.

Eskizlərdə eni bir qədər artırılmış radiator barmaqlığının yan tərəflərindən bamperə doğru enən gündüz hərəkət işıqlarının yeni xətti göstərilir. Octavia modeli Crystallinium elementlərindən istifadə olunan ikinci nəsil LED matrisa fənərlərini alacaq. Onlar polikarbonatdan hazırlanır, lakin vizual olaraq rəngli kristal şüşəyə bənzəyir, Skoda modelində isə mavi rəngdədirlər.

Bundan əlavə, Skoda arxa işıqların və hər iki bamperin formasını yenidən işləyib. “Bərkgedən” Octavia RS  daha aqressiv bamperə malikdir, təkər disklərində isə, RS yazısı həkk olunub.

Skoda hələlik yenilənmiş avtomobilin daxili tərtibatını nümayiş etdirməyib. Casus şəkillərinə əsasən, Octavia yenilənmiş Volkswagen Golf kimi multimedia sisteminin böyük ekranına sahib olacaq. Qalan cəhətdən, çox güman ki, dəyişikliklər minimal olacaq.

Octavia modelinin mühərrik çeşidinə 108 - 197 at qüvvəli aqreqatların, həmçinin əvvəlki 13 kilovat-saatlıq batareyaya malik olacağı gözlənilən plug-in hibrid qurğusunun daxil ediləcəyi gözlənilir. 

Image alt Image alt Image alt Image alt Image alt

RS versiyası haqqında hələlik heç bir məlumat yoxdur, lakin o, yenilənmə zamanı əlavə 20 at qüvvəsinə sahib olan Golf GTI modeli ilə eyni şəkildə güc artımını əldə edə bilər. Çox güman ki, mexaniki transmissiya da olmayacaq - Golf modeli yalnız DSG “robotu” ilə təklif edilir.

Yenilənmiş Skoda Octavia ailəsinin təqdimatı fevralın 14-nə planlaşdırılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.