Piech Automotive AG şirkəti bu gün işinə başlamış Cenevrə avtosalonunda Mark Zero elektrik kupesinin eksteryerini nümayiş etdirib. Elektrokar WLTP dövrünə görə 500 kilometr məsafə qət edir. Elektrokarın batareyasının 80 faizinin doldurulmasına 4 dəqiqə 40 saniyə gərəkdir.

Piech Mark Zero modeli Porsche 911 sportkarından alçaq, qısa və enlidir. Elektrokarın modul platforması istənilən güc qurğusu ilə təchiz ediləcək avtomobillərin hazırlanması üçün uyğundur.  Eyni zamanda, platforma quraşdırılmış proqram təminatının da yenilənməsini, həmçinin müxtəlif mexaniki və elektrik qurğuların dəyişdirilməsini də dəstəkləyir. Bu siyahıya batareyalar da daxildir.

Image alt Image alt Image alt

Cenevrədə nümayiş etdirilən avtomobil sırf elektrokardır. Avtomobil üç elektromotorla təchiz edilir ki, bunlardan biri ön oxda, ikisi isə, arxa oxda yerləşdirilib. Batareya mərkəzi tonnel və arxa oxun üzərində yerləşdirilib. Batareyanın akkumulyator özəklərini Çinin Desten firması hazırlayıb, yeyin yükləmə terminalını isə, Qingdao TGOOD Electric Co şirkəti yaradıb.

 Kupenin ardınca Anton Pix avtomobilin dördyerli variantını və idman krossoverini təqdim etməyə hazırlaşır. Kabriolet və pikapın hazırlanacağı da istisna edilmir.