Bu gün Cenevrədə keçirilən avtosalonda Automobili Pininfarina şirkəti Battista superkarını təqdim edib. Superkar Pininfarina atelyesinin əsasını qoymuş Covanni Battista Farinanın şərəfinə adlandırılıb.

Kupe 1900 at qüvvəsi və 2300 Nm fırlanma anı hasil edən dörd elektrik mühərrik ilə təchiz edilir. Məlum məsələdir ki, təkərlərdə yerləşir. Hiperkar 100 km/saat həddinə iki saniyədən az vaxta sürətlənir, onun 300 km/saat həddinə sürətlənməsinə isə 12 saniyədən az vaxt tələb olunur. Hiperkarın maksimal sürəti 350 km/saatdır. 120 kilovat-saatlıq batareya ilə təchiz edilmiş Battista 450 kilometr qət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hiperkarın salonu tərtibat rəngi ilə sürücü və sərnişin hissəsinə bölünüb. Sürücünün önündə üç displey yerləşdirilib. Kiçik olan ekranda sürət və digər vacib paramentrlər əks etdirilir. Sol displey avtomobil haqqında ikinci dərəcəli məlumatların əks etdirilməsinə, sağ displey isə, mediasistemin və naviqatorun idarə olunmasına cavabdehdir.

İlk hiperkarlar müştərilərə 2020-ci ildə çatdırılacaqdır. Avtomobilin qiyməti açıqlanmasa da, onun iki milyon avro həndəvərində olacağı ehtimal edilir. 150 nüsxəlik tirajla buraxılacaq avtomobilin 50 ədədi Şimali Amerikaya göndəriləcək, o qədəri də Avropada satılacaqdır. Qalan 50 nüsxə Yaxın Şərq ilə Asiya arasında bölünəcəkdir.