Bu gün Frankfurta işinə başlamış avtosalonda 992 ailəsinin yeni fərdləri debüt edib. Bu, baza mühərriki və tam ötürməli çəkiş sisteminə malik olan Porsche 911 Carrera 4 kupe və kabrioletidir.

Porsche 911 Carrera 4 modelinin təchiz edilidyi 3,0-litrlik altısilindrli biturbomühərriki 385 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Yeni mühərrik əvvəlkindən 15 at qüvvəsi güclü olub. Transmissiya alternativsiz səkkiz pilləli iki muftalı PDK “robotu” və ön oxu qoşan gücləndirilmiş muftadan ibarətdir. Mufta ön differensial kimi maye ilə soyutma sisteminə malikdir.

Porsche 911 Carrera 4 kupesi 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənir. Bu. “robot” ilə təchiz edilmiş əvvəlki modeldə olduğundan 0,3 saniyə yeyindir. Ekstremal Sport Chrono dəstinin sifarişi halında sürətlənmə 3,8 saniyəyə həyata keçirilir. Kabriolet kuzovlu model isə, kupedən 0,2 saniyə yavaşdır. Kupenin maksimal sürəti 290 km/saat, kabrioletin isə, 288 km/saatdır.

992 seriyasındakı arxa və tam ötürməli modellər eyni enə malik olduğundan, Carrera 4 modelini adi “Karreradan” emblemləri sayəsində ayırd etmək olar. Carrera S və Carrera 4S modelləri arasındakı fərq isə, buraxılış sisteminin oval çxış borularının əvəzinə düzbucaqlı boruları, öndə 235/40 ZR19, arxada isə, 295/35 ZR20 şinləri olan daha sadə təkər disklərindədir. Əlavə ödənişlə, bu fərqi də aradan qaldırmaq mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt

Təchizatına görə Carrera 4 digər 911 modellərindən seçilmir. Məsələn, model üçün elektronika ilə iadrəedilən arxa differensialı və karbon-saxsı əyləc mexanizmlərini də sifariş etmək olar. Porsche 911 Carrera 4 modellərinə sifarişlər artıq qəbul edilir.