Nissan şirkəti Los Ancelesdə keçirilən avtosalonda Sentra modelinin yeni nəslini təqdim edib. Şimali Amerika bazarında yeni sedan yalnız 2,0-litrlik atmosfer mühərriki ilə təklif ediləcəkdir.

Nissan Sentra modelinin əsas yeniliklərindən biri burulan tirin əvəzinə müstəqil arxa asqının peyda olmasıdır. Modelin təkər bazasının ölçüsü 12 mm genişlənərək 2712 mm bərabər olub. Nissan Sentra modelinin qabarit uzunluğu 4641 mm, eni 1815 mm (+52 mm) hündürlüyü isə 1450 mm (-56 mm) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Sentra modeli zahiri cəhətdən ciddi şəkildə dəyişib: V-şəkilli radiator barmaqlığı və yeni işıqdiodlarından optika sayəsində sedan Altima və Maxima modellərini xatırladır. Bundan başqa, yeni Sentra kuzovun ikirəngli boyanmasına, 18-düymlük təkər disklərinə, həmçinin spoyleri və kandarlardakı əlavələrə malik olan SR “idman” versiyasına da sahib olub.

Sentar modeli 151 at qüvvəsi hasil edən 2,0-litrlik atmosfer mühərriki və Xtronic variatoru ilə təchiz edilir. Beləliklə, Şimali Amerikada satılan Sentra nəinki 1,4-litrlik turbomühərrikdən, həmçinin mexaniki qutusu olan modifikasiyadan da məhrum edilib. Gələcəkdə modelin mühərrik çeşidinin genişlənəcəyi gözlənilir. Yeni Nissan Sentra modelinin satışlarına gələn ilin yanvarında başlanacaqdır.