Volkswagen şirkəti Cenevrə avtosalonuna I.D. Buggy konseptual baggisini gətirib. Elektriklə hərəkət edən baggi, VW markasının seriya elektromobillərinin əsasını təşkil edəcək MEB modul platformasının universallığını göstərməlidir.

Açıq-yaşıl rəngli avtomobilin zahiri görkəmi keçən əsrin 60-cı illərində Beetle modelinin əsasında hazırlanmış yüngül baggilərinin üslubunda həll edilibdir. Avtomobilin texniki hissəsidə klassik üslubdadır: konsept arxada yerləşdirilmiş və arxa oxu hərəkətə gətirən 204 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir.

Bununla belə, MEB platforması ön tərəfdə əlavə mühərriki də yerləşdirmək imkanı verir. 62 kilovat-saatlıq batareya döşəmədə yerləşib və avtomobili 250 kilometrlik yürüş ehtiyatı ilə təmin edir. Baggi yerindən 100 km/saat həddinə 7,2 saniyəyə sürətlənir və 160 km/saatlıq maksimal sürət həddinə malikdir.

I.D.Buggy prototipinin dam və qapılarsız kuzovu alüminium, polad və plastikdən hazırlanıb. Avtomobilin salonu spartan üslubundadır – burada salon boyu uzanan rəf və sükan çarxına bərkidilən sadə elektron cihazlar paneli var. Bggi ikiyerlidir, lakin onun konstruksiyası arxada iki kiçik oturacağı quraşdırmaq imkanı verir. Oturacaqlar sukeçirməyən materialla üzləniblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen şirkəti MEB platformasını xırda seriyalarla avtomobillər istehsal edən firmalara satmağa hazırdır. Belə alıcılardan biri Aaxendən olan e GO Mobile AG firması olub. Bu firma özünün yaratdığı şəhər elektromobilləri buraxır.