Nissan şirkəti Şanxayda keçirilən avtosalonda Sylphy modelinin yeni nəslini təqdim edib. Nissan Sylphy sedanı əvvəllər bizim bazarda satılan Sentra modelinin çin analoqudur. Yeni sedan da, Nissan Versa modeli kimi, Nissan Altima modelinin üslubunda eksteryer dizaynına malik olub. Yeni Sylphy modelinin aerodinamik müqavimət əmsalı Nissan GT-R ilə eynidir - 0,26.

Nissan Sylphy modelinin qabarit uzunluğu 4641 millimetr, eni - 1815 millimetr, hündürlüyü isə 1450 millimetrdir. Beləliklə, yeni Sylphy sələfindən 10 millimetr uzun, 55 millimetr enli və 53 millimetr alçaqdır. Sedanın təkər bazasının uzunluğu da 12 millimetr artaraq 2712 millimetrə bərabər olub. Sərtliyi artmış kuzov və təkmilləşdirilmiş şassi Nissan Sylphy modelinin idarəetmə xarakteristikalarını yaxşılaşdırmalıdır.

Image alt Image alt Image alt Image alt

Avtomobilin salonu da tamamilə yenilənib. Salonda ikirəngli ön paneli, iri mərkəzi tonneli, havalandırma sisteminin mərkəzi deflektorunun «turbinlərini» və multimedia sisteminin səkkiz düymlük displeyini görmək olar. Avtomobilin təchizatına avtomatik əyləcləmə sistemi və zolağa nəzarət funksiyası da daxil edilib.

Çində yay aylarından başlayaraq satılacaq Nissan Sylphy 139 at qüvvəsi hasil edən təkmilləşdirilmiş 1,6-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı Xtronic variatoru ilə tandemdə çalışacaqdır. Digər bazarlarda Sentra adı ilə satılacaq avtomobilin mühərrik çeşidi fərqli ola bilər.