Skoda şirkəti elektrik erasına Citigo modelini elektrokara çevirməklə daxil olub. Lakin, çex markasının ümid bəslədiyi əsas elektrikarlar Volkswagen qrupunun MEB modul platformasında inşa ediləcək krossoverlər olacaqdır. Bir müddət bundan öncə, çex markası müvafiq əmtəə nişanlarını da qeydə alıbdır.

Yeni patentlərdə iki ad variantı qeydə alınıb – Eniaq və Enyaq. Məlimdur ki, Şkoda krossoverlərinin adı “K” hərfi ilə başlayıb “q” hərfi ilə bitir. Yeni adlardakı “E” hərfi isə açıq aydın electric sözünə işarə edir. Ən maraqlısı isə, yeni elektrik krossoverinin ilk prototipinin bu günlərdə Nürburqrinqdə peyda olmasıdır. Şkoda Eniaq/Enyaq modelinin prototipinin Tiguan modelinin kuzovuna malik olmasına baxmayın – alman kuzovunun altında Skoda elektrik krossoverinin aqreqatları yerləşir.

Deyilənə görə, Skoda markasının ilk elektrik krossoveri zahiri cəhətdən Vision iV konseptinə bənzəyəcəkdir. Texniki hissəyə gəldikdə isə, Volkswagen şirkətinin MEB modul platformasında inşa edilmiş ID.3 hetçbekinə nəzər salmaq kifayətdir.

Yeri gəlmişkən, Skoda Eniaq modelinin yaxın zamanlarda qohum-əqrəbasının çoxalacağını da söyləmək olar. Bunlar Audi Q4 e-tron, VW ID.4 və Cupra Tavascan modelləri olacaqdır.