Məşhur Mazda6 sedanının üçüncü nəsli tarixə çevrilmək üzrədir. Bu model artıq ABŞ və Yaponiya bazarlarından çıxarılıb və tezliklə onun istehsalı tamamilə dayandırılacaq. Mazda şirkətinin CX-60/CX-80 və CX-70/CX-90 krossoverlərinin əsaslandığı arxa ötürməli platforması var, lakin yaponlar yeni “altılıq” üçün ondan istifadə etməmək qərarına gəliblər.

Onun əvəzinə, yeni nəsil böyük minik avtomobilinin layihəsi Çinin Changan-Mazda müştərək müəssisəsinə həvalə edilib. Dünən işinə başlamış Pekin avtosalonunda Mazda EZ-6 adlı yeni model debüt edib.

Xarakterik dizayna malik olan radiator barmaqlığının imitasiyası,firma üslubunda ön və arxa fənərlər - əsl Mazda avtomobilləri ilə oxşarlıq burada bitir. Əslində EZ-6 yenidən işlənmiş 2022-ci ilin Shenlan SL03 liftbəkidir.

Bütün xarici kuzov panelləri, demək olar ki, yenidirlər, hətta qapıların relyefi də Mazda modellərindəkinin əksinə daha az künc-bucaqlıdır. Bununla belə, güc strukturu və liftbək kuzovunun nisbətləri Çin donorundan götürülüb. 

Ancaq model dəbdə olan çərçivəsiz qapılara malikdir. Mazda EZ-6, təqaüdə göndərilən Mazda6 sedanından bir qədər böyükdür: onun uzunluğu 4921 millimetr, eni - 1890 millimetr, hündürlüyü isə, 1485 millimetrdir.

İnteryer də cüzi dəyişikliklər ilə Mazda üslubuna uyğunlaşdırılıb: EZ-6 modelinin ön paneli, ikiqollu sükan çarxı və mərkəzi tuneli orijinaldır, lakin ümumilikdə tərtibat Çin donorundakı kimidir. 

Cihazlar panelinin ekranının ölçüsü 10,2 düymdür, media sistemi isə, 14,6-düymlük taçskrinə malikdir. Ayrıca düymələr və dəstəklər qalmayıb, transmissiyanın selektoru isə, sükan sütununda yerləşir. Böyük panoram dam və elektron köməkçilərin tam dəsti mövcuddur, avtoparklayıcını isə, kənardan səslə idarə etmək olar.

Rəsmi olaraq, Mazda EZ-6 liftbəkinin iki versiyası bəyan edilib: sırf elektromobil və 1,5litrlik benzin mühərriki olan plagin hibrid. Benzim mühərrikinin təkərlərlə birbaşa əlaqəsi yoxdur, ondan batareyanı doldurmaq üçün generator kimi istifadə olunur.

 Hər iki halda, Shenlan brendinin modelləri üçün hazırlanmış və yaylı asqıya malik Changan EPA1 platforması sayəsində ötürmə arxa oxadır.

Yeni Mazda modelinin xüsusiyyətləri hələlik açıqlanmayıb, lakin orijinal Çin liftbeki 218 və ya 258 at qüvvəli elektrik dartma mühərrikləri ilə təchiz olunur. Yeganə məlum olan, elektromobilin dolu batareya ilə 600 kilometr (CLTC dövrünə görə), hibridin isə 1000 kilometrdən çox məsafə qət edə biləcəyidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mazda şirkəti Pekində seriyaya hazır olan EZ-6 liftbəki ilə yanaşı, Mazda Arata konseptual krossoverini də nümayiş etdirib. Bu konsept də Changan-Mazda müştərək müəssisəsi tərəfindən eyni EPA1 platformasında inşa edilib və Mazda EZ-60 adlandırılacağı ehtimal olunan gələcək elektrik krossoverinin carçısı hesab edilir.

Donor, çox güman ki, orta ölçülü Shenlan S7 krossoveri olacaq, lakin mühəndislərin bu krossoveri əsl Mazda modelinə bənzətməsi üçün ən azı bir il vaxtları var: krossoverin seriya variantının 2025-ci ilin ortalarında debüt edəcəyi gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mazda EZ-6 liftbəkinə gəlincə, onun Çindəki istehsalına bir neçə aydan sonra başlanmalıdır. Üstəlik, liftbəkin gələcəkdə digər bazarlara ixrac ediləcəyi də istisna olunmur.

Mazda bu yaxınlarda Mazda 6e modelinin işarələnməsini və loqotipini Avropa İttifaqının Patent İdarəsində qeydiyyatdan keçirib ki, bu da gələcək yeniliyin sinfinə və elektromobil məğzinə aydın şəkildə işarə edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.