21-23 fevral tarixlərində Portuqaliyadakı Alqarve avtodromunda DTM çempionatının mövsümöncəsi testləri keçirilmişdir. Çempionatda iştirak edən markalar, bu il qüvvəyə minən yeni texniki reqlamentin tələblərinə uyğunlaşdırılmış avtomobillərin sınaqlarını həyata keçirmişdirlər.

Komanda və pilotlar eyni zamanda yeni texniki tələblər üzrə hazırlanmış Hankook şinlərinin sınaqlarını da həyata keçirmişdirlər. Yeni texniki reqlament bu ildən şinlərin qızdırılması üçün nəzərdə tutulmuş termoörtüklərin istifadəsini qadağan edir. «Biz böyük sayda səmərəli dövrələr vuraraq, çox sayda şin dəstlərindən istifadə etdik. Bunun başlıca səbəbi yeni şinlərin daha yumşaq olması və tez yeyilməsidir. Mən, 18 avtomobilin trekə çıxacağı Hokkenhaym mərhələsini böyük səbirsizliklə gözləyirəm. Asfalt qısa zamanda işlənmiş rezin qatı ilə örtüləcəkdir», - çərşənbə axşamı trekdə işləyən Audi pilotu Mattias Ekstrem bildirmişdir.

Çərşənbə günü Audi avtomobilində Loik Dyuval və Rene Rast növbə ilə işləmişdirlər. Səhər testlərini Dyuval, günortadan sonra isə sınaqları Rast davam etdirmişdir. Cümə axşamı isə Audi RS5 avtomobilinin aralıq spesifikasiyasını Ceymi Qrin sınaqdan keçirmişdir. «Naharı saymasaq, mən bütün günü avtomobillə işlədim. Biz bir gün ərzində həyata keçirilməsi mümkün olan bütün tapşırıqları yerinə yetirdik. Avtomobil özünü yaxşı aparır. Hesab edirəm ki, inkişafa nail olmuşuq», - şinlər üzərində işləməyə və uzun dövrələr qət etməyə üstünlük vermiş britaniyalı pilot belə izahat vermişdir.

Mercedes komandası da mümkün qədər uzun məsafəni qət etməyə çalışmışdır.

Çərşənbə axşamı Qəri Paffett öz aktivinə 159 dövrə yazdırmışdır. Çərşənbə günü Pol di Resta - 143 dövrə, cümə əxşamı isə Edoardo Mortara 136 dövrə vurmuşdurlar. BMW komandası ilk iki günü Auqusto Farfusla işləməyə üstünlük vermişdir. Testlərin sonuncu günü BMW M4 DTM avtomobilinin sükanın arxasına qüvvədə olan dünya çempionu Marko Vittmann keçmişdir.

Növbəti testlər 14-17 mart tarixlərində İtaliyadakı Vallelunqa avtodromunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt