Mercedes komandasının britaniyalı pilotu Qəri Paffett bu ayın əvvəlində Vallelunqadakı trekdə keçirilmiş testlər barədə danışmışdır. Bu testlərdə Audi, BMW və Mercedes-Bezn pilotları tam tərkibdə istirak etmişdirlər.

Bu çempionatda böyük çıxış təcrübəsinə malik olan pilot ilk dəfə Vallelunqada testlərdə iştirak etmişdir. Britaniyalı trekin öyrənilməsinə xüsusi diqqət yetirmişdir.

“Mən uzun müddətdir ki yarışlarda iştirak edirəm və ona görə də, treklərin çoxu ilə tanışam. Lakin, ilk dəfədir Vallelunqadayam. Karyeramın əvvəlində bir sıra trekləri kompyüter oyunları avsitəsi ilə öyrənirdim. O zamanlar, bizim simulyatorlardan istifadə etmək kimi şansımız mövcud deyildi, – deyən Paffett davam etmişdir. – Mən trekdə mühəndislərlə birlikdə gəzişdim və burada məndən öncə işləmiş Robert Uikensin avtomobilidən alınmış məlumatları öyrəndim.

Ən vacib məsələ testlərə ayrılmış vaxtdan maksimal istifadə etmək idi. Məhz bu səbədən də treki dəqiq öyrənməyə çalışırdım. Komandaların əksəriyyəti kimi biz də keçid avtomobillərindən istifadə edirdik. Testlərin əsas hədəfi şinlərlin və mexaniki komponentlərin fəaliyyətini öyrənmək idi”. 

2017-ci ilin mövcümöncəsi çempionatın təkər təchizatçısı olan Hankook şirkəti keçən ilki şinlərə nisbətən daha yumşaq olan təkərləri təqdim etmişdir ki, bu da pilotlar üçün yeni bir sınaq olacaqdır. “Biz çoxdan yumşaq şinlərdən istifadə etmək istəyirdik. Belə şinlər startdan sonra ilk dövrələrdə və əsasən də təsnifat mərhələsində sürətlə getməyə imkan verir. Biz ümid edirik ki, bu şinlər ötmələrin sayının artmasına yardım edəcəkdir. Azarkeşlər məhz bunları görmək istəyirlər. Pilotlar üçün isə bu sürüş üslubunun dəyişməsi deməkdir. Asfalt səthi ilə təkərlərin ilişmə səviyyəsi yüksək olacaqdır. Lakin, bununla belə, ehtiyatlı olmaq da gərəkdir, çünki şinlər qısa müddətdə yararsız hala düşəcəkdirlər. Şinlərin vəziyyətini daima izləmək və onların aşındığı anı hiss etmək gərəkdir.

Pilot sükan arxasında oturan zaman rezinin temperaturası barədə dəqiq məlumata malik olmur. Bunu hiss etməyi çalışmaq lazımdır. Bu səbəbdən də testlər çox vacibdir. Uzun dövrələr seriyasından sonra bir şinlərin işi haqqında daha çox məlumat əldə etmiş oluruq. Şinlərin işinin müəyyən anlaşılması və maksimal effektivliyə nail olunması bu mövsümdə ən böyük çağırışı olacaq”. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt