Ram brendi infernal 1500 TRX pikapını əvəz edəcək 1500 RHO modeli üzərindən sirr pərdəsini götürüb. Yenilik 548 at qüvvəsi və 706 Nm fırlanma anı hasil edən altısilindrli 3,0-litrlik Hurricane mühərriki, səkkiz pilləli “avtomat” və aktiv paylayıcı qutusu olan tam ötürmə sistemi ilə təchiz olunub.

1500 RHO pikapı 60 mil/saat (97 km/saat) sürətini 4,6 saniyəyə, yəni 712 at qüvvəli TRX modelindən 0,1 saniyə gec toplayır. Amma pikapların maksimal sürəti eynidir - 190 km/saat. RHO ilin sonuna qədər satışa çıxacaq və kompressorlu sələfindən 25 min dollar ucuz olacaq.

Pikap yolsuzluqda yüksək sürətlə hərəkət üçün nəzərdə tutulduğundan, uzadılmış lingləri olan yenidən tənzimlənmiş asqını alıb. Bütün asqılarda çıxardıla bilən rezervuarları olan Bilstein Black Hawk e2 elektron idarə olunan amortizatorlar quraşdırılıb.

Standart arxa körpü elektron kilidli və yüksək yüklənmələrdə oxun titrəyişlərini azaldan əlavə dempferi olan Dana 60 körpüsü ilə əvəzlənib. 1500 RHO modelinin klirensi 300 millimetrdir. Ön və arxada asqının gedişi müvafiq olaraq 330 və 356 millimetrdir.

Pikapın standart təchizatına idman buraxılış sistemi, lonç-kontrol və doqquz (Mud/Sand, Rock, Baja, Valet, Auto, Tow, Snow, Sport və Custom) profili olan hərəkət rejimlərinin selektoru daxildir. 1500 RHO həmçinin 35 düymlük şinlər, elektrik ötürməli yük qapısı və iki 110 voltluq rozetka ilə təchiz edilir.

Salonda üç displey var. Mərkəzi displeyin maksimal diaqonalı 14,5 düym, cihazlar panelinin isə, 12 düymdür. 1500 RHO həmçinin seqment üçün unikal olan sərnişin tərəfindəki 10,25 düymlük ekrana malikdir və onun vasitəsi ilə filmlərə baxmaq mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, RHO üçün 12 istiqamətdə elektriklə tənzimlənən sürücü oturacağı, 19 dinamikli Harman Kardon audio sistemi və dəri salon təklif edilir. Pikapın elektron köməkçiləri dəstinə maneələrdən yayınma funksiyası olan öndən toqquşmanın qarşısının alınması sistemi, kəsişmələrə və sürücünün yorğunluq səviyyəsinə nəzarət sistemi və yol nişanlarının tanınması funksiyası daxildir.

Ram 1500 RHO modelinin satışlarına cari ilin payızında start veriləcək. Pikapın qiyməti 69 995 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.