SSC North America şirkətinin rəhbəri Cerod Şelbi ekstremal Tuatara hiperkarının Targa modifikasiyasının buraxılacağını bildirib. Şelbinin sözlərinə görə, hiperkarın yaradılması prosesində “tarqa” tavanının olması da nəzərə alınıbdır. Xatırladaq ki, SSC Tuatara hiperkarı bir müddən bundan öncə Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində debüt edib.

Hiperkar yeni Zenlandiyada yaşayan qədim kərtənkələnin şərəfinə adlandırılmışdır. Yerli sakinlər bu kərtənkələni «tuatara» adlandırırlar ki, bu da maori dilində «kürəyində pipiklər olan» deməkdir. Bu mənanı hiperkara da şamil etmək olar - buna qapılardan sonra quraşdırılmış iki kiçik qanad və arxa hissədəki aerodinamik üzgəclər işarə edir.

Avtomobilin şassi və kuzovu tamamilə orijinaldır və onun əsasını karbonplastikdən karkas təşkil edir. Kuzov panelləri də eyni materialdan hazırlanıbdır. Bunların sayəsində hiperkarın çəkisi 1247 kiloqram təşkil edir.

SSC Tautara Los-Anjelesdə yerləşən Nelson Racing Engines şirkətinin hazırladığı güc aqreqatı ilə təchiz edilir. İlkin olaraq SSC şirkəti 7,0-litrlik mühərrik quraşdırmağa söz versə də, sonradan mühərrikin həcmi 5,9-litr təşkil edib. Böyük ehtimalla, aşağıvallı V8 mühərriki amerikan istehsalçılarının birinin mühərriki əsasında inşa edilmişdir.

Mühərrik iki tubokompressorla təchiz edilir. Üfürülən havanın soyudulması üçün iki maye-kristal interkulerindən istifadə olunur. Hər bir silindrə yanacağı iki forsunka çiləyir. Adi benzindən istifadə zamanı mühərrik 1350 at qüvvəsi hasil edir.

E85 benzin-spirt qarışığından istifadə zamanı mühərrikin gücü 1750 at qüvvəsinin üzərində olmalıdır. Mühərrik italyan Cima firmasının altı pilləli «robotu» ilə tandemdə çalışır. Qutu ənənəvi sxem üzrə bir muftaya və Automac şirkətinin sekvental ötürmə mexanizminə malikdir. Buna bənzər transmissiyalardan Pagani Zonda, Koenigsegg və Gumpert Apollo modellərində istifadə edilir.

Hiperkarın dizaynını amerikalı dizayner Ceyson Kastriota hazırlayıb. Əvvəllər o Pininfarina atelyesində çalışıb və Ferrari 599 GTB Fiorano və Maserati GranTurismo modellərinin yaradılmasında iştirak edib. Baş dizayner olaraq Kastriota yeganə nüsxədə buraxılmış Ferrari P4/5 by Pininfarina və Ferrari 612 Kappa modellərinin yaradılmasına rəhbərlik edib.

SSC şirklətinin məlumatına görə, Tuatara öz sinifində ən yaxşı aerodinamikaya sahibdir. Onun alın müqaviməti əmsalı 0,279 bərabərdir. Mühəndislərin hesablamalarına görə, hiperkar 480 km/saata qədər sürətlənə bilər.