Yaponiyanın Subaru şirkəti modernləşdirilmiş BRZ sportkarını təqdim edib. İstehsalçı baş vermiş dəyişiklikləri nəsil dəyişikliyi kimi xarakterizə etsə də, kupe eyni arxitekturanı və tanınan silueti qoruyub saxlayıb. Yeniliklər arasında yenilənmiş eksteryer dizaynı, təkmilləşdirilmiş şassi, müasir elektronika və daha güclü mühərrik var.

İdman avtomobilinin çöhrəsinə "aqressiya" əlavə edilib, çıxıntılı kuzov isə yeni hava kanallarını və daha iri l spoyleri əldə edib. Hər iki bamper, işıq texnikası və radiator barmaqlığı dəyişiklərə məruz qalıb.

Toyota GT86 modelinin əkisinin uzunluğu 31 millimetr artaraq 4265 millimetrə çatıb. Kupenin eni dəyişilməz qalıb - 1776 millimetr. BRZ modelini hündürlüyü isə yalnız bir millimetr azalıb - 1311 millimetr. Eyni zamanda, sportkarın çəkisi 7.7 kiloqram artaraq, avtomatik transmissya ilə təchiz edilmiş versiyada 1307 kiloqrama çatıb.

Salonda Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən, səkkiz düymlük ekrana sahib olan Starlink multimedia sistemi və yeddi düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb. Seçilən qırmızı tikişli tərtibat restaylinqdən əvvəlki BRZ modelini xatırladır. Yeni sportkarın avadanlıq siyahısına EyeSight təhlükəsizlik sistemlərinin kompleksi də daxildir.

Kupenin  platforması da sələfindən miras qalıb. Bununla birlikdə, yeni kupenin şassi 50% gücləndirilib ki, bu da döngələrdəki idarəetmə xüsusiyyətini yaxşılaşdırmağa imkan verib. Ön tərəfdə əvvəlki kimi McPherson dayaqlarından, arxada isə ikiqat qolardan istifadə olunur.

Əvvəlki 205 at qüvvəli 2.0-litrlik atmosfer mühərriki 231 at qüvvəsi və 249 Nm fırlanma anı hasil edən 2,4-litrlik dördsilindrli Subaru Boxer oppozit mühərriki  ilə əvəz olunub. Mühərrik, idman rejimində aşağı pilləyə daha yeyin keçən 6-pilləli “avtomat” ilə tandemdə çalışır. Bundan başqa, 6-pilləli mexaniki transmissiyada təklif olunur. Mühərrikin aşağı salınmış bərkitmə nöqtələri sayəsində mühəndislər ağırlıq mərkəzini endirə biliblər. Yeni sportkarın dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin qiyməti də məlum deyil. Yeni Subaru BRZ yalnız ABŞ-da satılacaqır və onun 27 min dollardan başlayan qiymətlə təklif ediləcəyi gözlənilir.