İkinci nəsil Mercedes-AMG GT superkarı 2023-cü ilin yayında təqdim edilib. Bu kupe faktiki olaraq Mercedes-AMG SL kabrioletinin üstü bağlı versiyasına çevrilib və arxa oxda ötürmələr qutusu olan əvvəlki Transaxle sxeminin əvəzinə klassik quruluşlu platformaya keçib. Bu günə qədər çeşiddə yalnız V8 mühərrikli və tam ötürməli kupe var idisə, indi çeşidə kiçik versiya da əlavə edilib.

Lakin belə kupe heç də sürpriz olmayıb, çünki Mercedes-AMG SL 43 baza kabrioleti 2022-ci ildən bəri istehsal olunur. Yeni Mercedes-AMG GT 43 eyni texnikaya malikdir, lakin bəzi nüanslar mövcuddur. Kapotun altında, elektrik ötürməli yeganə turbokompressoru olan 2,0-litrlik dördsilindrli M139 mühərriki var.

Turbokompressorun iş prinsipi Formula 1-dən götürülüb. Üfürmənin turbin və kompressorunun təkərləri arasında qalınlığı 4 santimetr olan yığcam 48 voltluq elektrik mühərriki quraşdırılıb. O, turbinini aktiv şəkildə fırladaraq, turboçalanı minimuma endirməyə və mühərrikin reaksiyasını yaxşılaşdırmağa kömək edir.

Sportkar bu “turbodördlüyün” 421 at qüvvəsi və 500 Nm hasil edən ən güclü versiyası ilə təchiz edilir. SL 43 kabrioleti isə, cəmi 381 at qüvvəsinə və 480 Nm sahibdir. Kupe ilk “yüzlüyə” 4,6 saniyəyə sürətlənir və onun maksimal sürəti 280 km/saatdır.

Gücü az və daha ağır olan kabrioletin göstəriciləri müvafiq olaraq, 4,9 saniyə və 275 km/saatdır. Ancaq səkkizsilindrli versiyalar, əlbəttə ki, daha sürətlidirlər: GT 55 versiyası 100 km/saata 3,9 saniyəyə, GT 63 isə, 3,2 saniyəyə sürətlənir. Maksimal sürət müvafiq olaraq, 295 və 315 km/saatdır.

Dördsilindrli kupe yalnız arxa ötürməlidir, ötürmələr qutusu hidrotransformatorun əvəzinə yaş muftası olan doqquz pilləli planetar AMG Speedshift MCT 9G avtomatik transmissiyasıdır. Tərtibatçılar GT 43 modelinin bu ailənin ən çevik üzvü olduğunu, döngələrdən daha böyük həzz almağa imkan verdiyini bildiriblər.

Düzdür, onun səkkizsilindrli analoqlarından fərqli olaraq, adaptiv amortizatorlar və dönən arxa təkərlər baza versiyası üçün opsiyadır. Opsional AMG Dynamic Plus paketi kupeni bir qədər də “kəskin” əlavə edir: buraya mühərrikin aktiv dayaqları, elektron idarə olunan arxa differensial, “yarış” hərəkət rejimləri və gövdənin altındakı aktiv aerodinamik elementlər daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, aktiv aerodinamika artıq standart təchizata daxildir: bunlar radiator barmaqlığındakı çəpərciklər və beş mövqeli arxa spoylerdir. Mercedes-AMG GT 43 modeli V8 mühərrikli versiyalardan tammailə başqa aşağı hissəyə malik olan fərqli ön bamperi və buraxılış sisteminin düzbucaqlı çıxış borularının əvəzinə yuvarlaq boruları ilə fərqlənir. Bundan əlavə, ön qanadlarda böyük şaquli hava kanallarının əvəzinə kiçik üfüqi kanallar  quraşdırılıb. Yeni Mercedes-AMG GT 43 kupesinin qiyməti və satışa çıxarılma tarixi hələlik açıqlanmayıb.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.